Hz. Əli (ə.s.) səhabələrindən birinə buyurdu: Özümlə Fatimənin (s.ə) vəsiyyətindən bir şey bilmək istəyirsənmi? Fatimə (s.ə) mənim evimdə o qədər su gətirdi ki, su tuluğu onun sinəsinə iz salmişdi. O qədər əl dəyirmanından işlətmişdi ki, əlləri qabarmışdı. Ev təmizləyib səliqəyə salmaqda o qədər əziyyət çəkmişdi ki, paltarları köhnəlmiş əziyyətə düçar olmuşdu. Buna görədə Fatiməyə (s.ə) məsləhət gördüm ki, Peyğəmbərin (s.a.a.) yanına gedib vəziyyəti ona danışsın. Bəlkə bizə kömək etsin bir kəniz versin ki, bu qədər əziyyətdən xilas ola!
Fatimə (s.ə) mənim sözümü qəbul etdi və Peyğəmbərin (s.a.a.) yanına getdi. Amma Peyğəmbər (s.a.a.) başa düşdü ki, Fatimə (s.ə.) nə isə istəyirmiş, odur ki, bir söz demədən geri qayıtdı. Sabahısı gün Peyğəmbər (s.a.a.) bizim evə gəldi və dedi: Fatimə (s.ə) dünən nə üçün mənim yanıma gəlmişdin?
Fatimə (s.ə) utanıb istədiyi şeyi demədi. Mən dedim: Ya Rəsulallah! Fatimə (s.ə) o qədər su daşıyıb ki, səhəng çiynini qabardıb. O qədər əl daşını fırladıb ki, əlləri qabar salıb. Buna görə də dedim ki, sizin yanınıza gəlsin, bəlkə ona bir kənizinizi verəsiniz, onun zəhməti azalsın.
Peyğəmbər (s.a.a.) buyurdu: istəyirsiz sizə bir şey öyrədim, kənizdəndə yaxşıdır. Yatmaq istədikdə otuz üç dəfə Sübəhənallah, otuz üç dəfə Əlhəmdulilləh, otuz dörd dəfə Allahu Əkbər deyin. Bu yüz zikr insanın əməllərindən olan min savaba bərabərdir. Fatiməcan (s.ə), əgər bu zikirləri sübh desən Allah sənin dünya və axirət istəyini əta edər.
Fatimə (s.ə) onun əvəzində üç dəfə dedi:
“Allahdan (c.c) və onun Peyğəmbərindən (s.a.a.) razıyam”.
Başqa bir hədisdə qeyd olunur ki, Fatimə (s.ə) öz vəziyyətini danışıb kəniz istədikdə Peyğəmbərin (s.a.a.) gözləri yaşardı və buyurdu: Fatiməcan (s.ə) and olsun Allaha! Bu dəqiqə məsciddə dörd yüz nəfər fəqir adam vardır, onların nə yeməkləri var, nə də paltarları! Əgər kəniz olsa evdə qazandığın savablar əlindən çıxa bilər! Qorxuram qiyamət günü Əli İbn Əbu Taib qiyamət günü öz haqqını tələb edə!
Sonra həmin zikirləri ona öyrətdi.
Hz. Əli (ə) dedi: Fatiməyə (s.ə) dedim: dünya ehtiyaclarını istəmək üçün Peyğəmbərin (s.a.a.) yanına getdin, amma Allah bizə axirət savabını verdi.