Sual:Nə üçün şiələr öz problemlərinin
həlli üçün Allahdan başqasından,
(məsələn, Həzrət Əli (ə) digər
məsumlardan) kömək istəyir?
Halbuki həzrət İbrahim (ə) oda
atılanda, Cəbrail (ə) onun
köməyinə gəlib dedi ki, “ mənim
köməyimə ehtiyacın varmı? ” Həzrət
İbrahim buyurdu:
“ Mənim təkcə Allahın köməyinə
ehtyacım var və Ondan yardım
istəyirəm. ”
Cavab: Bu sualın cavabında bir-neçə
nöqtəyə işarə olunmalıdır:
a. Bütün aləm Allahın qüdrəti
altındadır. Allahın elm, qüdrət və
tədbiri mütləqdir. Onun elm,
qüdrət və tədbiri müqabilində
bütün şəxslər qüdrətsizdir.
b. Allah, varlıq aləmini yaradanda
illət-məlul, əsbab-müsəbbibat
nizamı əsasında yaradıb. Hər bir
məlul üçün illət və hər bir illət
üçün bir məlul qərar verib. Hər
səbəbin üçün müsəbbəbi var. Bu,
Allahın həkimanə və müdəbbiranə
iradəsidir. Allah, iba etdiyindən
üçün məsələləri onun səbəbləri
olmadan yerinə yetirmir.
c. Bu səbəbləri iki qismdir:
1. Maddi səbəblər.
2. Mənəvi və qeyri maddi səbəblər.
Qeybi illətlər maddi illətlərlə təarüz
və təzahüm yaratdıqda qeybi
illətlər, maddi illətlərdən daha
güclü və möhkəm olur. Bu ona
görədir ki, qeybi illət, onlar
üzərində illiyyət daşıyır və onlardan
üstündür.
d. Biz, gündəlik həyatımızda maddi
vasitələrdən çox yararlanır və
onlardan istifadə edirik.Məsələn,
maşın, təyyarədən minik vasitəsi
kimi faydalanır və öz əl-
ayağımızdan istifadə edirik.
Məludumdur ki, bunların heç biri
Allahın mütləq tohid, elm, qüdrət
və iradəsinin tədbiri ilə heç bir
ziddiyyəti yoxdur. Qeyri-maddi
illətlərdən ibarət olanlar (məsələn,
namaz, sədəqə, nəzir, dua) da,
onlardan hesab olunur.
Məqsədlərə çatmaq üçün övliyanın
Allah qürbünə yaxınlığı mənəvi
illətlərdəndir. Onun pak bəndələri
Ondnan kömək istəyir. Amma bu
yardım diləməkdə iki nöqtəyə
diqqət etmək lazımdır:
Birinci:
Allah övliayaları vasitələdən başqa
bir şey deyil. Onların Allahdan
kənar, özlüyündə heç bir
müstəqilliyi və şəni yoxdur.
İkinci:
Onların vasitə təyin edən də,
Allahdır. Bu ikisini nəzərdə
saxlasaq, nə şirk qalacaq, nə də bir
sual.
D. Biz Quranda və rəvayətərdə
görürük ki, peyğəmbərə (s)
təvəssül olunub. Günahlardan
bağışlanması üçün də istiğfar
diləmək üçün də peyğəmbərə
təvəssül olunub. Həzrət Yusifin (ə)
əhvalatında Yəqubun (ə) övladları
atalarından istəyib ki, Allah
dərgahında onların bağışlanması
üçün dua etsin. Yəqub (ə)
peyğəmbər də onların istəyini qəbul
edir və " tezliklə sizin üçün dua
edərəm " deyə buyurub .
Ona görə də məsumldardan (ə)
kömək diləmək, Allahın mütləq
tohid, qüdrət və tədbiri ilə heç bir
ziddiyyət təşkil etmir.