Hamımız axirət yolçusuyuq, inkar etmək mümkün deyil.
Hər kəs bir səfərə gedərkən yolda və getdiyi yerdə özünə lazım olanları götürər, digərlərini götürməz.
Ehtiyac olmayanı götürmək axmaqlıq olar. Dünyadan da, axirətə lazım olanlar tədarük görülər. Ən ağıllı insan, ölümə hazırlanandır.
Ən axmaq dünyaya tapınandır. Axmaqlar olmasaydı, dünya xarab olardı.
İnsan bir yerə getmək üçün, bir yerdə vasitəyə minər, başqa yerdə düşər, dünya buna bənzəyir. Təki vasitəni yaxşı seç. Son dayanacaqda ya
Cənnət, ya da Cəhənnəm var.
Şeytan:
Uzaqlaşdırıcı deməkdir. Allahu Təalanın sevgisindən, mərhəmətindən uzaqlaşdıran şeydir. Üç müxtəlif şeytan var.
Birinci şeytan
Bilinən İblis və nəvələridir. İblis, Allah rəhmdir, bağışlayar deyə, günahları vəsvəsəyə verər, insan bunu dinləməzsə çıxıb gedər, bu şeytanın
hiylələri zəifdir.
İkinci şeytan
Nəfsdir, bu daha qüvvətlidir. Şeytan kimi çıxıb getməz. Çox inadcıldır, təkrar-təkrar aldadana qədər məşğul olar.
Üçüncüsü daha da qüvvətlidir
Bu pis yoldaşdır. Dünyada alçaq edər, axirətdə Cəhənnəmə aparar. İnsanın imanını elə oğurlayar ki, o şəxsin ruhu belə duymaz.