Insanın çəkisi fiziki hərəkətlərdən və diyetadan çox asılıdır, lakin onlardan başqa da çəkiyə tə'sir edən diqər faktorlar var. Əgər sizin çəkiniz normaldırsa, bu fiziki hərəkət və diyetadan əlavə lipid gendən də sıx asılıdır. Əksər diyetoloqlar öz fəaliyyətlərində əsasən iki ən vacib amili - diyeta və fiziki hərəkətləri ön plana çəkirlər, lakin çox güman ki, bizim möcüzəli orqanizmimiz yalnız bunlarla kifayətlənmir.
Nə üçün? Yəginki bir çoxlarımız iki insanın təxminən eyni miqdarda və eyni tərkibdə qidalandiğını, lakin bu qidalanmanın onlara müxtəlif cür tə'sir etdiyinin müşahidə etmisiniz: onlardan birinin çəkisi artır, digəri isə əvvəlki bədən quruluşunu saxlayır. Bir qayda olaraq bunu orqanizmlərdə metabolizmin müxtəlif və bədən quruluşunun fərqli olması ilə izah edirlər. Lakin bu vaxta qədər nə üçün insanların getdikcə çəkilərinin artması izah oluna bilinmir. Hal-hazırda çoxlu sayda elmi işçilər bu və ya digər maddənin mənimsənilməsi ilə əlaqədar olan bütün proseslərə insan genomunun tə'sirini öyrənir və bunun piylənmə ilə əlaqəsini axtarırlar. Hal-hazırda bu məsələnin yalnız tibbi nöqteyi nəzərdən yox, iqtisadi cəhətdən də çox böyük əhəmiyyəti vardır, beləki hər il dünyada piylənməni izah edən, onunla mübarizə yollarını göstərən yüz minlərlə kitab çap olunur və çoxlu sayda dərman preparatları məsləhət görülür. Əgər yağların mənimsənilməsini hansı genin idarə etdiyi tapılarsa, bu vaxt bu qədər ədəbiyyata və dərman preparatlarına ehtiyac olmaz. Genomun tədqiq olunması və çeşidlənməsi çoxlu sayda problemin həll olunmasına və bir çox fırıldaqlara və şarlatanlığa son qoyar. 1994-cü ildə leptin kəşf olunduqdan sonra aparılan tədqiqatlar nəticəsində tə'yin olundu ki, piylənməni bu vaxta qədər məlum olmayan hormon idarə edir və bu hormona leptinom adı verildi (yunancadan tərcümədə leptos-nazik).
Leptinin kəşfindən sonra biologiyada əsl çevriliş baş verdi. Təcrübələrdə siçanlar günbəgün deyil, saatba- saat ariqlamağa başladılar və iki həftəyə çəkilərini 30% azaltdılar. Siçanlar üzərində təcrübədən sonra insanlar üzərində təcrübələr başlandı və bir çox ölkələrdə müvəfəqiyyətlə piylənməni qısa müddətdə müalicə etməyə başladılar.
Beləliklə leptin piylənmənin əsas səbəbkarıdırmı? Bu heç də belə deyil! Çünki artıq çəkiyə malik insanların çox kiçik bir faizində leptin geninin zədələnməsi aşkar olunur. Ən maraqlısı odur ki, klinik tədqiqarlar nəticəsində aşkar olundu ki, leptinin necə hazırlanması və ötürülməsindən insan orqanizmi asılıdır.
Prossesin mahiyyətinə vardıqda belə mə'lum olur ki, leptin beyinə daxil olduqda o bir neçə istiqamətdə istifadə olunur. Misal üçün, onun bir hissəsi iştahanın stimulasiyasına sərf olunur və leptin istifadə olunduqça orqanizm tərəfindən POÇM adlanan zülal hasil olunur ki, buda PÇ1 fermenti ilə iki peptidə parçalanır.
MHS adlanan peptid MÇ4 reseptoru ilə qarşılıqlı tə'sirə girir. Bundan sonra reseptor sizin iştahınızı azaltmağa başlayır. Faktiki olaraq qidanın qəbuluna beyin nəzarət edir və o çavabdehdir. Beləliklə əgər reseptor normal fəaliyyət göstərmiyəcəksə çətin ki, genin dəyişilməsi və müalicəsindən başqa sizin orqanizminizə nəsə başqa bir şey kömək etsin. Genin dəyişilməsi və müalicəsi isə hal-hazırda demək olar ki, tapılmamışdır və çox çətindir. Ümıüd etmək olar ki, yaxin zamanlarda piylənmə problemi bioloji status səviyyəsinə keçəcək və müvəfəqiyyətlə həll olunacaqdır.
Lakin nəzərə almaq lazımdır ki, düzgün həyat tərzi, düzgün qidalanma insan sağlamlığında həyat tərzi ilə əlaqədar xəstəliklərin qarşısının alınmasında həll edici faktordur.