Siqaret çəkənlər
Siqaret çəkmə ürək-ağ ciyər xəstəliklərinin ən əsas risk faktorlarından biridir. Bu xüsusi ilə artıq çəkisi və piylənməsi olan xəstələrə aiddir. Siqaret çəkmədən imtina əksər hallarda bədən çəkisinin artması ilə müşahidə olunur. Ona görə də bu zərərli adəti tərgitməyə çox vaxt kökəlmə qorxusu mane olur.
Pasiyentlərə siqaret çəkmənin tərgitməyin vacibliyini izah etmək və labüd bədən çəkisinin qarşısını almaq üçün ona qidalanma (sutkalıq rasionunun kaloriliyinin mötədil azaldılması), fiziki aktivliyi artırmaq, həyat tərzinin dəyişmək haqqında məsləhətlər verməklə kömək etmək lazımdır.
Başlanğıca
Yaşlı insanlar
Yaşlı insanlarda piylənmənin müalicəsinə qərarı bunun potensial üstünlüklərini qiymətləndirməklə vermək lazımdır; bədən çəkisinin azalması pasiyentin gündəlik tərzinə və ürək damar xəstəlikləri riskinin azalmasına, həyat müddətinin artmasına əsaslanmalıdır. Sümük sisteminin vəziyyətinə və qidalanma göstəricılərinə çox diqqətli nəzarət lazımdır.
Yaşlı insanlarda bədən çəkisinin azalmasına yönəlmiş tədbirlərin aparılması, sümük əzələ və ürək-damar sisteminin vəziyyətinə daim müşahidə və nəzarət tələb edir, belə ki, qidanın məhdudlaşdırılması orqanizmə zülalın, çox əhəmiyyətli vitaminlərin və mineralların kifayət qədər daxil olmamasına gətirib çıxara bilər ki, buna da yaşlı xəstələr çox həssasdırlar.
Bundan başqa simptomsuz gedən xəstəliyin əlaməti olan özü-özünə arıqlama, səhv olaraq bədən çəkisinin məqsədyönlü azaldılmasının uğurlu nəticəsi kimi qiymətləndirmək olar. Arzuedilməz hallardan qurtulmaq üçün mötədil balanslaşdırılmış hipokalorili qidalanma, pasiyentin vəziyyətinə sistematik müşahidə olunmsı lazımdır. Tədqiqatların nəticələri göstərir ki, kişi və qadınlarda yaş özü-özlüyündə piylənmənin müalicəsindən imtina etməyə səbəb deyildir.