Azərbaycana yeni raketlər alınacaq

Son güncelleme: 14.08.2014 23:54
  • Ordumuz "Ekstra" və Pakistan ballistik raketləri ilə təmin olunacaq.

    Azərbaycan yeni ballistik raket sistemləri ilə təchiz olunacaq.

    Azərbaycan ordusu İsrail hərbi sənaye istehsalı olan "Ekstra" və Pakistan ballistik raketləri ilə təmin olunacaq.

    "Ekstra" raketlərinin uçuş məsafəsi 130 kilometrdir. Bu raketlər 306 millimetr kalibrə malikdir, uzunluğu isə 3,97 metrdir. Pakistan raketi isə "Xatf-4" "Şahin-1" raketinin təkmilləşdirilmiş variantıdır və hərəkət məsafəsinə görə, İsrail raketlərini 20 dəfə ötür. Yeni raketlər nüvə başlıqları daşımağa qadirdir.

    Qeyd edək ki, Rusiya nə Azərbaycana, nə də Ermənistana belə silah növü satmır. Ancaq Rusiyanın Ermənistandakı hərbi bazasında "İsgəndər" operativ-taktiki raket komplekslərini yerləşdirib.

    alıntı
#14.08.2014 23:54 0 0 0