Evdə hazırlanan lazanya

Son güncelleme: 17.08.2014 20:57
  • Lazım olan ərzaqlar:

    400 qram çəkilmiş ət
    1 ədəd yerkökü
    2 ədəd soğan
    1 ədəd pomidor
    30 ədəd lazanya
    100 qram şərab
    2 diş sarımsaq
    yarım dəstə cəfəri
    750 ml süd
    100 qram kərə yağı
    100 qram un
    50 qram pendir
    dəfnə yarpağı
    duz, istiot

    Hazırlanması:

    Lazanyanı qablaşdırılmada göstərildiyi qaydada hazır vəziyyətə gətiririk.
    Soğan xırda doğranıb yağda qızılı rəng alana kimi qovrulur, sonra kök sürtgəcdən keçirilib əlavə edilir.
    Hazır olmuş lazanyanı mətbəx dəsmalının üstünə qoyub üzərinə bir dəsmal yenə qoyuruq, beləcə sudan çıxarırıq. İçlik hazır olana kimi gözlədirik.
    Qızardılmış soğana xırda doğranmış bibər əlavə edib 5-7 dəqiqə qovururuq.
    Ət və şərabı əlavə edirik.
    Pomidoru sürtgəcdən keçiririk, ətə əlavə edib suyu çəkilənədək qovururuq.
    Cəfərini və sarımsağı xırda doğrayıb əlavə edirik.
    Lazanya üçün lazım olan beşamel sousunu hazırlayırıq. Unu tavaya töküb yağda qovururuq.
    Ən zəif oda qoyub südü, duzu, istiotu, dəfnə yarpağını əlavə edib, qarışdırırıq, qaynayan kimi götürürük.
    Holland pendirini əlavə edib qarışdırırıq, sousumus hazırdır
    Lazanya, içlik, sous, əlavəsi ilə bir neçə lay hazırlayırıq.
    Ən üst qata sous və pendir əlavə edirik, 180 dərəcədə 30 dəqiqə, üstü qızaranadək sobada saxlayırıq.

    Nuş olsun

    alıntı
#17.08.2014 20:57 0 0 0