Müğənni Lilu Veganın Duzsuz Pəhrizi

Son güncelleme: 18.08.2014 21:22
  • Əgər siz vacib mərasimlər üçün təcili artıq kilolarınızdan qurtulmaq istəyirsinizsə, müğənni Lilunun saxladığı duzsuz pəhrizdən istifadə edə bilərsiniz. Lilunun sözlərinə görə məşhurların həyatında elə hallar olur ki, təcili konsert salonuna çıxmaq lazım gəlir. Lakin tətil vaxtı artıq çəkilər yığdığı üçün paltarlarına sığmırlar.

    Əgər bu ekstrim vəziyyətə siz də düşmüsünüzsə, bədəninizi zədələmədən arıqlamaq və orqanizmi təmizləmək üçün duzsuz pəhrizdən istifadə edə bilərsiniz. Məlum olduğu kimi duz orqanizmdə suyu saxlayır, bu isə maddələr mübadiləsini tormozlayaraq orqanizmin sağlamlığını zədələyir. İndi çoxuna məlumdur ki, duz orqanizm üçün çox zərərlidir.

    Duzsuz pəhriz vasitəsilə orqanizmin duz-su balansı bərpa olunur. Lilunun sözlərinə görə bu pəhriz ilə təkcə artıq kilolardan azad olmursunuz, həm də orqanizmi şlaklardan təmizləyirsiniz. Qidalanma gündə 5 dəfə az-az olmalı, həftədə 1 dəfə yüklənmiş bir gün olmalıdır və bu zaman da köhnə vərdişlərdən uzaq durmaq məsləhət görülür.

    Qeyd: Qızardılmış və hisə verilmiş qidaları qəbul etməmək, azca duru yağdan və zeytun yağından istifadə olunmalıdır. Çoxlu su (1,5-2 litr) qəbul etmək lazımdır. Amma su qazlı olmamalıdır.

    Pəhrizin ilk gününə görə nümunə

    Səhər: Alma və kök salatı, 1 yumurta, 1 fincan qəhvə

    Nahar: Tərəvəz supu, 1 dilim çörək, çay

    Ara pay: Qara gavalı, kəsmik və qoz

    Şam: Buğda bişirilmiş sudak, yaşıl çay

    Ara pay: 1 %-li qatıq

    Göründüyü kimi qida tərkibi çox müxtəlifdir. Doyumcul deyil, bununla belə bütünlüklə duzsuz pəhrizə uyğun gəlir.

    İkiinci, üçüncü və digər günləri öz fantaziyanıza uyğun qura bilərsiniz. Bununla belə, duz saxlamayan ərzaqlarla da qidanamaq şərtdir.

    alıntı
#18.08.2014 21:22 0 0 0