Yuxuda nə görürük

Son güncelleme: 28.08.2014 15:41
  • Almaniyada aparılan bir araşdırma, yuxu dünyasının qapısını açdı. Qadınlar ən çox üzür, kişilər qadınlardan daha çox sevişir, gənclər hörümçəkdən qorxur, yaşlılar pul tapır. Ən çox uçmağı sevirik.

    Yuxunun sirri əsrlərdir insanlara bəlli deyil. Ümumiyyətlə niyə yatmağımızın da ağlabatan bir cavabı yoxdur.

    Amma Almaniyada aparılan bu araşdırma yuxu ilə bağlı bəzi statistik məlumatlar verməkdədir.

    Sən demə bəzi yuxuları bütün insanlar görür. Dünən gecə siz böyük ehtimalla evlərin, yolların üzərindən uçmusuz.

    Araşdırma təkcə almanlar üzərində deyil, digər böyük xalqlar üzərində də aparılıb. Nəticədə bəlli olub ki, bütün dünyanın insanları ortaq yuxular görürmüşlər.

    Yuxuda sevişdiyini görmək daha çox kişilərə xasdır. Kişilər həmçinin yuxuda alov görürlər. Eyni zamanda bir avtomobilin idarəsinin itirildiyini görmək də kişi yuxusuna xasdır.

    Qadınların yuxuları sellə, tufanla doludur. Qadınlar çox vaxt yuxuda üzürlər. Yaşayan adamları ölmüş, ölmüş adamları diri görənlər də daha çox qadınlardır.

    Özünü çılpaq, yaxud yarıçılpaq geyinmiş halda görmək isə qadınlarda və kişilərdə bərabərdir.

    Gənclər böcəklər və hörümçəkləri çox görürlər. Özlərini daha çox güzgüdə görürlər.

    Yaşlılar isə yuxularında yeni şeyləri sınaqdan keçirirlər və hardansa pul tapırlar.

    alıntı
#28.08.2014 15:41 0 0 0