Ya ol ya öl

Son güncelleme: 07.09.2014 11:32
  • Ağla, ağla!
    Ağlamaq uşağa məxsusdur,
    Sən də uşaq ol.
    O uşaq ki, saf və təmizdir.
    Sən də uşaq kimi ol.
    Gecələr ağla, gündüzlər de, gül
    Sən uşaq yox -
    Qoca qarı ol
    O qoca qarı ki,
    Kasıb, eybəcə və natəmiz,
    Onun kimi hər gün
    Başqa bir restorana get.
    Ye orda:

    Ləziz yeməklər, geydirmə gülüşlər,
    Canlı amma uyğunsuz musiqilər.
    Qadın ol, kişi ol,
    Nə olursan ol.
    Və sonda həyatdan bezəndə
    Olma "öl”, yox ol
    Elə öl ki, tanrı bilməsin.
    Elə yox ol ki, heç kəs görməsin!

    alıntı
#07.09.2014 11:32 0 0 0