Cəsədi tapılmış bir qızın çantasındakı məktub

Son güncelleme: 11.09.2014 12:22
  • "Ana,bu gün qərara gəldim ki, sənə bu məktubu
    yazım. Bilirsənmi ana bilmirəm məktubumu necə
    qəbul edəcəksən.Yadıma məni baxçaya
    gətirərək ?Qızım axşam gəlib götürəcəyəm səni
    burdan- deyərək əllərimi buraxmağın
    düşdü.Amma çox keçmədi ki qaçaraq yanıma
    gəlib mənə sarıldın,?bağışla quzum
    mənim,bağışla məni? deyib ağladın. Həmin gün
    sənə son kəs sarıldığım an oldu.Anlamırdım bunu
    nədən etdiyini. Sakitcə durub elə ağlamağına
    baxırdım. Ana bir bilsəydim,bir anlasaydım o an
    səni heç buraxmazdım əlini,lakin o an elə balaca
    idim ki, elə köməksiz idim ki, düşünmürdüm ki
    sənə nəfəs qədər ehtiyac duyan bircə balanı atıb
    gedərsən. Ana sən getdin, axşamadək elə ancaq
    qapıya baxdım,hər saniyə gözləyirdim ki indi qapı
    açılacaq və sən daxil olacaqsan. Amma
    olmadı,gəlmədin...Niyə ana? Niyə məni buraxdın
    ki? Ana mən səni gözləyərkən baxırdım ki
    məndən əlavə hamı orada oynayır, sanki orada
    qalacaqdılar.Anlamırdım ki,ora baxça
    deyilmiş,ora sadəcə atılmış uşaqların yuvaları
    imiş. Gecə düşdü,hamı yatmağa gedərkən mən
    yenə səni gözləyirdim, qorxurdum...Böyük ana
    gəlib dedikdə ki , gözləmə,artıq o gəlməyəcək- o
    qədər ağlamışdım ki ana...Sənə elə ehtiyacım
    vardı ki...Zaman keçirdi, ancaq mən heç o yerə
    bağlana bilmədim, günlərcə böyüyürdüm və
    sənin məni buraxmağının səbəbini anlamaq
    istəyirdim.Al ınmırdı, bacarmırdım. Sənin çantama
    qoyduğun şəklinə baxırdım.Saatlarla
    baxırdım.Şəkilin arxasında ? Məni bağışla.Səni
    sevən anan? yazılmışdı. Ana ,axı bir övlad necə
    onu bu qədər suallar içində buraxan ananı
    bağışlaya bilsin ki? Bu gün 19
    dekabr.Xatırlayırsansa mənim doğum
    günümdü.18 yaşım tamam olur.Və bu gün artıq
    bu uşaq evindən buraxılacam.Amma bu mənim
    həyatımın son günlərim olacaq.Çünki sənsiz bu
    həyatımda bir məqsəd qura bilmədim.Ayaqda
    dayanmağa gücüm yox artıq.13 il əvvəl dekabr
    ayının 25ində məni atdın..O tarix qara hərflərlə
    yazıldı mənim həyat səhifəmə.Bəli atıb
    getdin,düşünmədin bircə balamın həyatı necə
    qurulacaq,necə ayaqda duracaq o bu yüklə ki
    hətta anasına belə o artıq yük idi.Kimə lazımam
    ki indi ana? Sən buraxdınsa kim mənə ömrümün
    sonunadək sahib çıxacaq?Bilirsənmi buradan
    çıxan qızların sonu necə olur? Hamısı sadəcə
    satılır.Mində birinə kimsə sahib çıxır.Bəzən bizə
    biclərin uşaqları kimi baxırlar.Hamının bizə uşaq
    ikən yazığı gəlir,hər bayram hədiyyələr
    gətirirlər,ancaq böyüdükdən sonra hamı bizdən
    çəkinir.Niyə ana? Əlbət artıq buna cavab versən
    belə bir mənası olmayacaq.İndidə sən məni
    bağışla..

    Əlvida
#11.09.2014 12:22 0 0 0