Görəsən bu sevgiyə layiq olacaq

Son güncelleme: 16.12.2014 12:13
  • Biri olsa da,çox sevsə məni...
    Hər şeydən,hər kəsdən qorusa məni,
    Yalansız-dolansız saf məhəbbəti,
    Hər kəs istər amma və ancaq....
    Görəsən bu sevgiyə layiq olacaq

    Zəmanə dəyişmir,dəyişən insan
    Səmimi deyirəm sözümə inan,
    Bu həyat sınaqdı deyib YARADAN
    Sevgi sınağından qalib çıxacaq?!
    Görəsən bu sevgiyə layiq olacaq

    Sevgim hədiyyedir məni sevənə,
    Könül istər vurula ürək gözələ,
    Bilirəm,güvənmək olmaz hisslərə
    Bəlkə yalanlar ilə qəlb sındıracaq...
    Bilmirəm bu sevgiyə layiq olacaq?

    alıntı
#16.12.2014 12:13 0 0 0