Türkiyənin İnegöl Bələdiyyəsi tərəfindən "Uşaqların qidalanması və piylənmə xəstəliyi" mövzusunda seminar təşkil edilib.
Tədbirdə Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Hüseyn Tatar, Bələdiyyə Başçısı Alinur Aktaş, idmançılar və s. nümayəndələr iştirakçı olub.
Aktaşın çıxışından aydın olur ki, uşaq həyatı monoton bir xətlə keçdikdə piylənmə kimi xəstəliklər ola bilər. O, bildirib ki, futbolçu olmaq uğrunda bəzi gənclər mübarizə aparımır. Buda kökəlmə və ya fiziki zəifliyə səbəb olur. Ona görə ehtiyaca uyğun bir şəkildə uşaqları ictimaitləşdirmək və bədən sağlamlığı üçün maarifləndirmək, idmana təşviq etmək lazımdır.
Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Hüseyin Tatar, bədən ağırlığında və bədəndəki yağ nisbətindəki artımın piylənmə kimi təsvir edildiyini ifadə edib.
Bu xəstəlik səhv qidalanmadan da ola bilər. Çox kalorili yeməklər bu xəstəliyə gətirib çıxarır. Uşaqların süd, qatıq kimi faydalı məhsullar yerinə, zərərli hesab olunan qazlı içkilərdən istifadə etməsi də xəstəliyə səbəb olur. Cips, kartof, fast-food kimi qidalardan imkan daxilində az işlətmək lazımdır.
Çox istifadə isə bədən tarazlığını poza bilər. Bu baxımdan qısa məsafələri avtomobillə gedənlər, nərdivan yerinə lift istifadə edirlər, TV qarşısında çox vaxt keçirənlər də sağlamlıq proseduralarını bilməli və ona uyğun iş görməlidirlər. Buna riayət edənlər son nəticədə xəstəliksiz və sağlam həyata qovuşacaqlar.