Nəzakətli olmaq

Son güncelleme: 06.02.2015 15:43

  • Axşamüstü dostumla bir qəzet köşkünə getdik.
    O bir qəzet aldı və qəzet köşkündəki satıcıya təşəkkür etdi.
    Satıcı onu təşəkkürünə heç məhəl də qoymadı.

    Oradan uzaqlaşanda:

    — Necə də qaraqabaq bir insandır, hə? deyə soruşdum.

    — Ah, o həmişə belədir! deyə, dostum çiyinlərini çəkdi.

    — O zaman niyə ona qarşı bu qədər nəzakətli olmağa davam edirsən? deyə soruşdum.

    Dostum cavab verdi:

    — Necə davranacağıma onun qərar verməyinə niyə icazə verim?


    Heç kim nəzakətli və xeyirxah olaraq bir şey itirməz, lakin bir çox adam bu risqə getməkdən qorxar.

    Evan Esar

    alıntı
#06.02.2015 15:43 0 0 0