Var

Son güncelleme: 25.02.2015 22:05
  • Salardım pislərdən pis günə səni,
    Neyləyim, boynumda haqqı – sayın var.
    Bükərdim dumana – çiskinə səni,
    Azdan – çoxdan insanlıqda payın var.

    noimage

    Nə salıbsan eli mənim üstümə,
    Dağılsınlar kor olanlar tüstümə,
    Deyən dəyməyirmi mənim şəstimə,
    Sənin ki, xub keçən ilin – ayın var.

    noimage

    Birinə pis olmaq pis demək deyil,
    Könülsüz qalxan əl səs demək deyil,
    Kişilik düşəndə kəs demək deyil,
    Su üstündə sevda quran toyun var.

    noimage

    Atəş gəzən dövlət deyil, var deyil,
    Özü seçər yaxşı – pisi, kor deyil,
    Qəlbi genişlərə dünya dar deyil,
    Mən pisəmsə tap tayını, tayın var.

    noimage

    Şeiri yazan: Allahverdi Atəş.
#25.02.2015 22:05 0 0 0