Qaymaqlı qurabiyə

Son güncelleme: 25.02.2015 22:30
  • noimage

    Tərkibi:

    125 qr. yağ (yumşalmış)
    1 armudu st. duru yağ
    2 ədəd yumurta (1-nin ağı)
    100 qr. qaymaq
    1 st.şəkər tozu
    1 paçka qabartma tozu
    1 paçka vanil
    1 x.q.kakao
    Apardığı qədər un

    Hazırlanması:

    Yumurta, yağ, şəkər tozu və qaymağı qaba töküb yaxşıca qarışdırırıq. Sonra una vanil, qabartma tozu əlavə edib qarışığa əlavə edirik, xəmir yoğururuq. Xəmir nə çox yumşaq, nə də çox bərk olmalıdır.Xəmirin 1/3 hissəsini ayırıb 1 x.q.kakao, 3 x.q. su töküb xəmiri yenidən yoğururuq.Sonra ağ xəmirdən yumru kündələr hazırlayırıq. Kakaolu xəmirdən də ağ xəmirdən bir az kiçik kündələr düzəldirik.Ağ xəmiri əlimizlə yayıb kakaolu xəmiri arasına qoyub bağlayırıq.ə qurabiyənin üzərini + formasında bıçaqla içinin kakaosu görünənə kimi kəsirik Üzərinə yumurtanın ağın çəkib 170 dərəcəli sobada bişiririk Qaymaqlı qurabiyələrimiz hazırdır.Nuş olsun!
#25.02.2015 22:30 0 0 0