Sevgi Etirafı

Son güncelleme: 16.03.2015 13:11
  • Vurulmuşam zülfünə, cəmalına,
    Baxanda doymuram sənin halına.
    Aşiq oldum hüsnü, cahu-cəlalına,
    Gözəliyyin məni yandırıb yaxır.

    Gözəl bənzəyirsən günəşə, aya,
    Sənin gözəlliyin yayıla hər yana.
    Gülüşündən zövq verirsən insana,
    Baxışların məni yandırıb yaxır.

    Necə də yaraşır gözəllik sənə
    Baxdıqca doymuram qamətinə, hüsnünə
    Məst olmuşam ətir saçan zülfünə,
    Susma, etirafını söylə sevənə.

    İlahi, nə gözəl yaratmış səni,
    Nazu-qəmzələrin yandırır məni.
    Niyə öldürürsən yazıq Rövşəni,
    Dindirərsən qəlbim necə şad olar.


    Müəllif: Rövşən Vətənoğlu

    alıntı
#16.03.2015 13:11 0 0 0