Heyif - Mövlud Ağamməd

Son güncelleme: 12.08.2015 11:45
  • Şeirlər - Heyif şeiri- Mövlud Ağamməd şeirləri

    Heyif ki,toyunda olmadım sənin,
    Heyif,eşitmədim” Vağzalı” səsin.
    Doyunca oynardım sənin xətrinə
    O toy məclisində hey dönə-dönə.

    Heyif,göz yaşını görmədim o an,
    Sevinc yaşı idi,yoxsa ki,hicran.
    Qismətim deyilmiş qara saçların,
    Heyif,şölə saçan al yanaqların.

    Bir daha gülmərəm sənsizliyimdən,
    O toy günün mənə dərd oldu,nədən?
    Başqa birisiylə vuran o ürək,
    Heyif,daha mənə deyildir gərək.

    “Vağzalı”çalındı,getdin sevinclə,
    Heyif,sevincini bölmədin mənlə.
    Mövludun qəlbində bilmədin ki,sən
    Sevgi dünyasını qoyub gedirsən.

    Mövlud Ağamməd

#12.08.2015 11:45 0 0 0