Məhəbbətim, məhəbətim - Mövlud Ağamməd

Son güncelleme: 12.08.2015 11:53
  • Məhəbbətim, məhəbətim şeiri - Mövlud Ağamməd şeirləri

    noimage

    Arzularım yetim qaldı,
    Dünya yaman qeylü-qaldı.
    Acı sözü mənə baldı,
    Məhəbbətim,məhəbbətim.

    Ümman kimi şağlayan sən,
    Yadlara bel bağlayan sən.
    Ağlayırsan,ağladan sən,
    Məhəbbətim,məhəbbətim.

    Məni salmısan kəməndə,
    Ürək necə dözsün dərdə?
    Qara bəxtim gülər bir də
    Məhəbbətim,məhəbbətim.

    Şair Mövlud,fikir çəkmə,
    Gül bağında qanqal əkmə.
    Belini belə tez bükmə,
    Məhəbbətim,məhəbbətim.

    noimage
    Mövlud Ağamməd
#12.08.2015 11:53 0 0 0