Badamlı bəyaz qaspaço

Son güncelleme: 14.08.2015 02:14
  • Badamlı bəyaz qaspaço ve Hazirlanma qaydasi

    Tərkibi:

    150 q badam
    1 dilim bəyaz tost çörəyi
    1 diş sarımsaq
    0,5 ç.q. duz
    5 x.q. zeytun yağı
    2 x.q. şerri sirkəsi və bəyaz üzüm sirkəsi
    500 ml. soyuq, qazlı olmayan mineral su

    üzərinə:

    xırda doğranmış cəfəri
    buz parçaları
    2 salxım çərdəksiz üzüm (kişmiş üzümü)

    Badamın üzərinə qaynar su tökün, 5 dəqiqə saxlayandan sonra suyu süzün, badamın qabığını çıxarın (barmağınızla azca basan kimi çıxacaq).

    Çörəyin qabığını kəsin, soyuq suda isladın.

    Sarımsağı təmizləyin.

    Badamı, suyu sıxılmış çörəyi, sarımsağı, duzu blenderdə xırdalayın. Sonra sirkə və zeytun yağı əlavə edib yenə xırdalayın. Badam püre halına düşənədək az-az mineral su əlavə edərək xırdalayın. Sonda suyun hamısını əlavə edin, qarışdırıb boşqablara çəkin. Xırda doğranmış cəfəri səpin, bir-iki parça buz salın. Süfrəyə dənəsiz üzümlə verin.

    Nuş olsun!
#14.08.2015 02:14 0 0 0