Badamlı şaftalı - Badamlı şaftalı terkibi - Badamlı şaftalının hazırlanması
Tərkibi:
3-4 nəfərlik nəzərdə tutulub
3-4 ədəd şaftalı
60 qram badam
60 qram peçenye
80-100 qram şəkər tozu+ 2 ç.q. üzərinə səpmək üçün
40-60 qram kərə yağı
1-2 damcı badam ekstraktı (və yaxud 1 x.q."amaretto" içkisi)
2 x.q. "amaretto" içkisi
1 ç.q badam (doğranılmış)
Hazırlanma qaydası:
Şaftalıları yuyub iki hissəyə bölərək tumunu çıxarın. Daha sonra çay qaşığı ilə şaftalının doğranılmış hissəsindən bir az içini çıxarın.
Forma qabına kərə yağı sürtüb şaftalıları düzün.
İçlik üçün:
Badamı blenderdə xırdalayın. Daha sonra peçenyeni əlinizlə ovub badamın üzərinə əlavə edin. (İstəsəniz peçenyeni də blenderdən keçirə bilərsiz).
Bir boşqabda xırdalanmış badam, peçenye və şəkər tozunu birləşdirib, yaxşıca qarışdırın. Üzərinə yumşaldılmış kərə yağı, badam ekstraktı (və yaxud 1 x.q. amaretto içkisi) əlavə edib qarışdırın. Daha sonra hazırladığınız qarışıqdan balaca kürəciklər hazırlayıb doğranılmış şaftalıların içinə qoyun. Şaftalıların üzərinə 1 xörək qaşığı "amaretto" içkisi töküb üzərinə 1 çay qaşığı ağ və yaxud qəhvəyi şəkər və badam ovuntusu səpin.
Hazırladığınız şaftalıları 180 dərəcə qızddırılmış sobada 20 dəqiqə ərzində bişirin.
Sonra şaftalıları sobadan çıxarıb üzərinə yenidən 1 xörək qaşığı "amaretto" və 1 çay qaşığı şəkər tozu səpin.
Sobanın temperaturunu 200 dərəcəyə qədər artırıb, şaftalıları 5-10 dəqiqə ərzində qızarana qədər bişirin.
Süfrəyə isti və yaxud soyuq halda verə bilərsiz.