Kərim prodüserləri qınadı

Son güncelleme: 17.08.2015 13:25
  • Show Biznes xeberleri - Meşhurlar
    noimage
    Müğənni Kərim Abbasov prodüserlərin ünvanına sərt sözlər deyib.

    Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında özü üçün yeni komanda yığdığını bildirib:

    “Bu yaxınlarda eşitdim ki, bir prodüser ortada qalıb. Ona-buna yalvarır ki, məni filan müğənni ilə düz-qoş işləyim. Hamısı da deyir ki, “Onu məndən uzaq et”. Çünki hamı eşitdi, bildi ki, sən necə insansan. Gəlib mənim mətbəximi görüb, gedib ağzına gələni danışacaqsansa, sənə iş olmayacaq. Hər dəfə birini yanına gətirmək yaxşı deyil. Hər gələn işçi sənin mətbəxindəkini öyrənir. Gedib başqasıyla çalışanda da, şirinlik etmək üçün sənin ideyalarını açıb danışır. Nəticədə işçilər yox, müğənnilər arasında problem yaşanır. Belə prodüserlərlə heç kim işləməz. Sənin yaradıcı komandan olmasa, heç nə edə bilməzsən. Prodüserlə işləmək baxımından Zülfiyyə Xanbabayevanın adını hallandırıram. Bir insanla çalışır, bütün mətbəxini bilir. Kənan Röya ilə əla işləyir. Mən də komandamı yeniləmişəm. Oktyabrdan dörd işçimlə birlikdə maraqlı yeniliklərə başlayacam”.

    alıntı
#17.08.2015 13:25 0 0 0