Çəkici və dolğun dodaqlar üçün möcüzəvi maskalar

Son güncelleme: 29.08.2015 22:19
  • maskalar - möcüzəvi maskalar - dolğun dodaqlar üçün maskalar

    Dərinizi düşündüyünüz qədər dodaqlarınızı da düşünməli və baxımını təmin etməlisiniz. Yoxsa dodaq kənarında və dodaq üstündə /yaranan qırışıqlar, quruluq və çatlaqlar üzündən, üzünüzün bütün təravəti və gözəlliyi itə bilər.
    Qadin.az sizə möcüzəvi maskalar təqdim edir...


    Gözəl dodaqlar üçün maska:
    1-2 xiyar
    1 yemək qaşığı bal
    1 yemək qaşığı qatıq

    Hazırlanması və istifadəsi:
    Xiyarı yuyun və qabığını soyun.
    Blendıra qoyaraq suyunu çıxarın. Bal və qatığı əlavə edərək yaxşıca qarışdırın.
    Əldə etdiyiniz maskanı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün.
    15 dəqiqə sonra yuyaraq təmizləyin. Bu maska dodaqlarınızı nəmləndirəcək, hamar və sağlam olmasını təmin edəcək.

    Dodaq maskası üçün:

    1 yumurta sarısı
    5 qr yulaf


    Hazırlanması və istifadəsi:

    Yumurta sarısını bir kasaya qoyun və yulafla qarışdıraraq məcun konsistensiyasına gətirin.
    Qarışığı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün.
    10 dəqiqə sonra suyla durulayarak təmizləyin. Bu maska dodaqlarınızdakı ölü dərini çıxaracaq, quruluğu aradan götürəcək, qırışıqları yox edəcək, yumşaq və hamar olmasını təmin edəcək.




    Möcüzəvi dodaq maskası:


    1 ədəd adəd pomidor
    1 yemək qaşığı bal
    1 yemək qaşığı qatıq



    Hazırlanması və istifadəsi:
    Pomidoru blendıra qoyaraq suyunu çıxarın. Üzərinə bal və qatığı əlavə edərək qarışdırın.
    Əldə etdiyiniz maskanı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün. 15 dəqiqə sonra durulayarak yuyun.
    Bu maska dodaqları nəmləndirib, quruluğu aradan qaldırar, qırışıqları yox edər, dodaqların elastikiyetini, yumşaq və hamar olmasını təmin edər.


    alinti...
#29.08.2015 22:19 0 0 0