Kartofla bişirilmiş jiqo resepti

Son güncelleme: 01.09.2015 03:27
  • Kartofla bişirilmiş jiqo terifi ve terkibi - Kartofla bişirilmiş jiqo nece hazirlanir?
    noimage


    Tərkibi:
    2 kq quzu budu
    4 diş sarımsaq
    duz
    istiot
    2 ç.q. rozmarin qurusu
    1,5 kq kartof
    2 x.q. zeytun yağı
    50 q kərə yağı
    şüyüd

    Hazırlanması:
    Quzu budunu basdırma edin: sarımsaq, rozmarin və zeytun yağını blenderdə qarışdırın (yaxud xırda doğrayıb həvəngdəstədə əzin). Alınan məhlulu budun üstünə sürtün. Duzlayıb-istiotlayın, üstünə ağır yük qoyub 1 saat saxlayın.

    Kartofu təmizləyib, yuyub 4 yerə bölün. Kərə yağını qızdırın, xırda doğranmış sarımsaqla şüyüdü əlavə edib ocaqdan götürün. Kartofu içinə salıb qarışdırın.

    Dərin siniyə folqa döşəyin. Ortasına budu, kənarlarına isə kartofu düzün, azca su əlavə edin. Folqanı üstünə çəkin (qapaq kimi kip bağlayın).

    280 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Sonra çıxarıb folqanı açın, bıçaqla ətin üstünü çərtin, sousundan üstünə gəzdirin, sonra yenidən sobada 25 dəqiqə bişirin. Bu müddətdən sonra sobanı söndürün, amma xörəyi içində daha 15-20 dəqiqə saxlayın.

    Nuş olsun!

    alinti...


#01.09.2015 03:27 0 0 0