Un halvası terifi ve terkibi - Un halvası nece hazirlanir?
Ərzaqlar:
4 stəkan su
125 qr kərə yağı
1 stəkan qoz
1 stəkan duru yağ
4 stəkan şəkər tozu
3.5 stəkan un
Hazırlanması:
Un halvasını hazırlamaq üçün gərək qazın qabağından çəkilməyəsiz. Qısa müddətdə hazırlanmasına rəğmən bişənə qədər qovrulması lazımdır. İlk əvvəl müəyyən miqdardakı unu qazana boşaldın və rəngini alanacan qovurun. Rəngi dəyişməyə başladıqdan sonra duru yağı və kərə yağını əlavə edin.
Unu tez-tez qarışdırın. Əlavə etdiyiniz kərə yağını əvvəlcədən otaq istiliyində kublara bölüb saxlasanız, unla daha yaxşı qarışacaq.
Başqa bir qazanda şəkər tozu və suyu qaynadın. Şəkər tozu yaxşı əridikdən sonra unlu qarışıma əlavə edib qarışdırın.