İrmik Halvası

Son güncelleme: 13.10.2010 23:57
  • İrmik halvası tarifi

    noimage

    Tərkibi:
    250 qr irmik (mannı)
    200 qr şəkər
    100 qr kərə yağı
    1 st süd
    1 st su
    1 ovuc fıstıq
    1 paket vanil

    Hazırlanması:

    Yağ əridilir,irmik və fıstıq əlavə olunub rəngi dönənədək qovrulur.


    Bir tərəfdə süd,su və vanil qaynadılır.


    İrmik qovrulandan sonra südlü qarışığı və şəkəri irmiyin üzərinə əlavə edib yaxşı-yaxşı qarışdırırıq.


    Bir müddət dinlənməyə qoyuruq.Daha sonra istədiyimiz formada servis edirik.



    Nuş olsun!
#13.10.2010 23:57 0 0 0