Yeni usulda dolma

Son güncelleme: 06.09.2015 18:27
  • dolma terifi ve terkibi - yeni usulda dolma nece hazirlanir?

    noimage

    Ərzaqlar:

    2 kq göbələk

    300 qr qiymə

    3 diş sarımsaq

    2 ədəd soğan

    Duz, istiot

    Üstü üçün: 300 qr holland pendiri


    Hazırlanması:

    Tavada qiyməni, soğan və sarımsağı doğrayıb qovurun. Qiymənin duz və istiotunu yoxlayıb ocaqdan götürün. Göbələklərin papaq qismini çubuqlarından ayırın. Papaq qisminin üst qabığını incə doğrayıb qaralarını təmizləyin. Təmizlədiyiniz göbələyi yuyun, hazırladığınız qiyməni göbələklərin içinə doldurun. Sobanın qabına düzün. 200 dərəcədə sobaya qoyun, 10 dəqiqə sonra holland pendiri üzərinə səpin. Pendir əriyəndə sobadan götürün. Nuş olsun!

    Fərizə Əhmədova
#06.09.2015 18:27 0 0 0