Ermənilərin təxribatı Bakını hərəkətə keçirdi

Son güncelleme: 15.09.2015 06:19
  • Xeberler - Xeberci - Baki xeberleri

    noimage

    Ermənistan Suriyadan qaçqın düşən erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirir.

    ANS TV-nin məlumatına görə, suriyalı miqrantların işğal altında olan torpaqlarımıza yerləşdirilməsiylə bağlı xəbər BBC-nin rəsmi internet səhifəsində yer alıb. Suriyadan gələn miqrantların paytaxt İrəvanın hava limanında çəkilən foto şəkilləri də həmin səhifədə yerləşdirilib. Hətta bəzi iddialar da var ki, Ermənistan hökuməti Suriyadan gətirdiyi miqrantlara elə yerindəcə erməni vətəndaşlığı verir.

    BMT isə məlumat yayıb ki, Suriyada münaqişə başlayandan bəri 15 minədək Suriya ermənisi Qarabağın müxtəlif bölgələrində məskunlaşıb.

    Ermənistan hökuməti Suriyadan gətiridiyi erməniləri daha çox işğal altında olan Şuşa, Laçın və Kəlbəcər rayonlarının ərazisinə yerləşdirir. Məqsəd isə guya Suriyadan qaçan miqrantlara yardım etməkdir.

    Əgər kiçik bir araşdırma aparsaq görərik ki, Ermənistan hakimiyyəti burda da öz taktikasını işə salıb. Necə ola bilər ki, özünün köməyə ehtiyacı olan bir dövlət başqasına kömək əlini uzatsın?

    Deməli həqiqətən də məqsəd başqadır. Məsələn, Ermənistan hakimiyyəti suriyalı qaçqınları özünün olmayan torpaqlarda yerləşdirir və bunun üçün də beynəlxalq təşkilatlardan külli miqdarda yardım alır.

    Belə olan halda təbii ki, həm öz büdcəsinə xeyir verir, həm də beynəlxalq təşkilatlar önündə özünü xeyirxah bir dövlət kimi göstərir.

    Suriyalı qaçqınlara isə Azərbaycan torpaqları Emənistan ərazisi kimi təqdim edilir. Rəsmi Bakı isə artıq Ermənistanın bu təxribatının qarşısını almaq üçün hərəkətə keçib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi ki, belə siyasətin həyata keçirilməsi ilk növbədə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır: "Bu ATƏT-in Minsk qrupunun həmsədrləri, digər beynəlxalq təşkilatlar, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı qarşısında bu məsələ qaldırılıb”.

    Bu isə birinci belə hal deyil. Hələ 2005 və 2010-cu illərdə Ermənistan İraq və Əfqanistanda olan erməniləri də işğal altında olan Azərbaycan torpaqlarına yerləşdirmişdi.

    Bir müddət sonra isə həmin ermənilər vəziyyətin dözülməz olduğunu anlayaraq öz vətənlərinə geri qayıtmışdı.


    [video=youtube_share;tsDD1EK0DXI]https://youtu.be/tsDD1EK0DXI[/video]


    Müəllif:ANS TV
#15.09.2015 06:19 0 0 0