Bir müddət öncə qardaşını itirən müğənni Tacir Şahmalıoğlu yeni mövsümdə yaradıcılıq işlərinə start verib. Lent.az-ın məlumatına görə, ifaçı “Sevmərəm sevmərəm” adlı mahnı oxuyub. Yeni bəstəni dinləyicilərin ixtiyarına verən ifaçı bildirib ki, bu mahnının seviləcəyinə əmindir.
Qeyd edək ki, T.Şahmaroğlunun qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində dünyasını dəyişmişdi.