Boranı və qiymə ilə makaron zapekankası

Son güncelleme: 22.09.2015 23:50
  • Boranı və qiymə ilə makaron zapekankası - Boranı və qiymə ilə makaron zapekankası terifi ve terkibi - Hazirlanma qaydasi

    noimage

    Tərkibi:

    400 q makaron
    400 q qiymə
    400 q boranı
    250 q öz şirəsində pomidor
    2 baş soğan
    200 ml süd
    100 q parmezan
    1 yumurta
    3 x.q. kərə yağı
    1 x.q. un
    1 ç.q. quru oreqano
    duz
    qara istiot
    1 ç.q. şəkər tozu
    1 x.q. balzam sirkəsi

    Boranını nazik şəridlərə doğrayıb hissə-hissə tavada 1 x.q. kərə yağında qovurun. Çıxarıb duz vurun.

    Makaronu suda bişirib süzün (suyunu atmayın).

    Soğanı xırda doğrayıb 1 x.q. kərə yağında qovurun. Qiyməni əlavə edib rəngi dəyişənədək bişirin, pomidorları, balzam sirkəsi və şəkər tozunu əlavə edin, duz-istiot, ədviyyat vurun.

    Başqa tavada 1 x.q. kərə yağını əridin, un qatıb qarışdırın, qovurun, amma rəngi dəyişmədən südü və makaronu süzdüyünüz suyun 200 ml-ni əlavə edin, 3 dəqiqə bişirin. Ocaqdan götürün. Yumurta sarısı əlavə edib qarışdırın, duz, istiot vurun.

    İri formanı yağlayın, makaronu içinə tökün, üzərinə boranını və qiyməni döşəyin. Südlü sousu üzərinə gəzdirib parmezan səpin.

    200 dərəcə qızdırılmış sobada 20 dəqiqə, üzəri qızılı rəng alanadək bişirin.

    Nuş olsun!

    alinti..
#22.09.2015 23:50 0 0 0