Kələmli lobya şorbası

Son güncelleme: 23.09.2015 00:03
  • Kələmli lobya şorbası - Kələmli lobya şorbası terifi - Kələmli lobya şorbasınin terkibi - Kələmli lobya şorbasınin hazirlanmasi

    noimage

    Tərkibi:

    4 l ət bulyonu (adi suda da bişirmək olar)
    1,5 st. ağ xırda lobya
    1,5-litrlik bankada duzlu kələm
    150 q çili kolbasası
    1 iri yerkökü
    1 iri baş soğan
    3-4 x.q. tomat pastası
    3-4 diş sarımsaq
    bitki yağı
    duz
    istiot
    paprika
    dəfnə yarpağı
    şüyüd və cəfəri qurusu

    Lobyanı 1 gecə isladın.
    Bulyonu ocağa qoyun. Qaynayanda lobyanı əlavə edin.
    Kələmin suyunu sıxın (atmayın), bitki yağında iti odda 10 dəqiqə qovurun, sonra bankadakı mayeni, ədviyyatı, sarımsağı əlavə edin, qazanın qapağını örtüb orta itilikli odda 30 dəqiqə bişirin. Arada qarışdırın.
    Soğanla yerkökünü ayrı tavada qovurub əlavə edin.
    Tomat pastasını yağda qovurun, kələm hazır olandan 5 dəqiqə əvvəl əlavə edin.
    Kələmi və doğranmış çili kolbasalarını lobyanın qaynadığı qazana əlavə edib daha 15 dəqiqə bişirin.

    Nuş olsun!

    alinti...
#23.09.2015 00:03 0 0 0