Ağ Lobya

Son güncelleme: 22.11.2009 01:49
  • Fasulye Piyazı Türk mətbəxinin klas*** salatlarından biridir. Adətən kababların yanına qarnitur kimi verilir, amma ayrı ayrılıqda da yeyildiyində çox ləzzəli olur. Türkiyənin müxtəlif bölgələrində fasulye piyazı fərqli reseptlərlə hazırlanır. Burada gördüyünüz resept ən çox tanınan reseplərdən biridir. Nuş Olsun!

    Ağ Lobya Salatı (Fasulye Piyazı)

    Qeyd: Tərəvəz, göyərti, zeytun yağı, limon və ya sirkənin miqdarını zövqə görə azaltıb çoxalda bilərsiniz.

    Təxminən 4 pay üçün

    1 1/2 stəkan quru ağ lobya - gecədən suda isladılmış
    1 ədəd orta boy soğan - yarıya bölünüb, uzunsov doğranmış
    1 stəkan xırda-xırda doğranmış cəfəri
    1 ədəd orta boy yaşıl Bolqar bibəri - xırda-xırda doğranmış
    2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış
    1/4 stəkan zeytun yağı
    zövqə görə sıxılmış limon suyu və ya sirkə
    zövqə görə duz
    zövqə görə istiot
    1 ədəd bərk bişmiş yumurta - 4 dilimə bölünmüş
    bir neçə ədəd qara zeytun
    sumax və yaxud şirin qırmızı bibər tozu

    1. Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun.

    2. Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın. Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin.

    3. Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bünün ərzaqları lobyaya əlavə edib qarışdırın.

    4. Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin. Yumurtanın üstünə azca ya sumax, ya da bibər tozu səpin.
#22.11.2009 01:49 0 0 0