Ötən gün “Lider” telekanalının “Bəyəndim” verilişinin aparıcısı Müşfiq Kərimov paytaxt məkanlarının birində özünə toy edib.
Lent.az-ın məlumatına görə, Nərmin adlı xanımla nikah masasına əyləşən aparıcının xoş gününə şou-biznesin bir çox tanınmışları xalq artisti Faiq Ağayev, əməkdar artist Ədalət Şükürov, müğənnilər Natavan Həbibi, Niyam Salami, Elnur Məmmədov, Ceyhun Qala, Murad Arif, Rüstəm Zeynallı və başqaları gəlib.