Kiyev Ürək Mərkəzinin aparıcı mütəxəssisləri Azərbaycana gəlirlər

Son güncelleme: 24.05.2011 23:46
  • noimage

    Kiyev Ürək Mərkəzinin aparıcı mütəxəssisləri Azərbaycana gələcəklər.

    Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda kardiocərrahiyə xidmətinin təkmilləşdirilməsi, bu xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Kiyev Ürək Mərkəzinin aparıcı mütəxəssisləri azərbaycanlı müdavimlər üçün nəzəri, elmi - praktiki təlimlər keçirəcəklər.
    Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin bazasında təşkil olunacaq təlimlər kardiocərrahiyənin aktual məsələlərinə həsr olunacaq. Təlimlər mayın 25-də başlayacaq, iyunun 1-ə qədər davam edəcək.

    Qaynaq:Lent.az
#24.05.2011 23:46 0 0 0