"Teymur Əmrah dilinin bəlasına düşüb, dili çox acıdır deyə hələ də əməkdar artistdir". Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Samir Cəfərov bu gün Beynəlxalq Mətbuat Mərkəzində tələbəsi Rasim Mustafazadə ilə keçirdiyi tədbirdə deyib. Xalq artisti T.Əmrahın bir neçə gün öncə söylədiyi "Tələbəm Samir xalq artistidir, mənsə əməkdar" sözlərinə bu cür münasibət bildirib: " Bu sənətə gəldiyim gündən bir çox janrlara müraciət etmişəm. Bu sənətdə özümə bir çox insanları müəllim kimi qəbul edirəm. Teymur Əmraha gəldikdə isə onu özümə müəllim kimi qəbul edə bilərəm də, bilmərəm də. Mənim janrım opera olduğuna görə, özümə müəllim xalq artisti Fidan Qasımovanı görürəm. Teymuru bu işlərə qarışdırmayaq. Yaxşı, qoyun belə deyim, müəllimimdir. Teymurun dili acı olduğuna görə, hələ də əməkdar artistdir".
S.Cəfərov daha sonra pedaqoji fəaliyyətindən danışıb: "Mən də müəlliməm. Bu günə qədər Azərbaycan səhnəsinə bir çox tələbələrim qədəm qoyub. Bu gün də şou-biznesə Rasim Mustafazadə adlı tələbəmi gətirdim".