Vermişelli toyuq şorbası resepti

Son güncelleme: 10.11.2015 21:07
  • Vermişelli toyuq şorbası resepti - Vermişelli toyuq şorbası terifi - Vermişelli toyuq şorbasınin terkibi - Vermişelli toyuq şorbası nece hazirlanir?

    noimage

    Tərkibi:
    3 tikə toyuq əti
    100 qr vermişel
    1 ədəd soğan
    1 ədəd kartof
    yarım ç/q tomat pastası
    kərə yağı
    1 lt su
    duz

    Hazırlanması:
    1. Soğan xırda, kub şəklində doğranılır və yağda qızardılır.
    2. Soğan biraz qızardıqdan sonra toyuq əlavə olunur.
    3. Toyuq biraz pörtləndikdən sonra üzərinə tomat pastası əlavə olunur.
    4. Tomat pastasl ilə biraz bişirildikdən sonra qaynar su əlavə olunub duz vurulur və vermişel əlavə edilir.
    5. Kartof təmizlənir kub şəklində doğranılıb şorbaya əlavə edilir.
    6. Kartof tam bişdikdə yemək qazdan götürülür.

    Nuş olsun!

    alinti..
#10.11.2015 21:07 0 0 0