Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 21 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Xəlil Adıgözəl - Bir sözün əhvalatı...
Xəlil Adıgözəl - Bir sözün əhvalatı...
1215
Son güncelleme: 19.10.2016 09:16
Sbela
Bir sözün əhvalatı... (Yeni)
Öz yolumun yolçusuydum,
İz atdılar ayağıma.
Düz yolumun yolçusuydum,
Söz atdılar ayağıma.
Baxdım ki, suç-günahına...
Batılası söz deyil bu!
Hər adamın ayağına,
Atılası söz deyil bu.
Dərindən bir köks ötürüb,
Deyəsi oldum o sözü.
Əyilib yerdən götürüb,
Yiyəsi oldum o sözün.
Yanıb-yanıb külə döndüm,
Tüstümə götürdüm sözü.
Hamının gözü önündə,
Üstümə götürdüm sözü.
Əlindən tutub qaldırdım,
Göz yaşını tumarladım.
Bir az saçların oxşadım,
Bir az başın tumarladım.
Öldüm, ölümdən qayıtdım,
Düz sözümdən ayırmadım.
Doğma sözümtək böyütdüm,
Öz sözümdən ayırmadım.
İllər ötdü, bir şeirin,
Gözünə qatdım o sözü.
Saf, tərtəmiz, dürr şeirin,
Sözünə qatdım o sözü.
...oxudum "söz atanlara"
Sehrinə daldılar sözün.
Üstündə dura bilməyib,
Altında qaldılar sözün.
Xəlil Adıgözəl
#19.10.2016 09:16
0
0
0
Xəlil Adıgözəl - Bir sözün əhvalatı... Konusuna Benzer Konular
hani sözün???
26.07.2004
Sözün bittiği yerde TV'ler başlar...
02.08.2004
Ahmet Koç Sözün Bittiği Yer 2007
22.12.2007
Sözün Yalanına
20.03.2007
SÖZÜN BİTTİĞİ YER
01.05.2007
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası