Rusiyalı alim , professor Anatoli Bruşkov elm naminə cəsarətli addım ataraq 3,5 milyon il yaşı olan bir bakteriyanı öz vücuduna yeridib. Nəticə isə onun özünü də heyrətləndirib.
alim 2009-cu ildə Yakutiyada buzlaq içərisində ölməz bakteriya aşkarlayıb. Bacillus adı verilən bakteriya qaynama temperaturunda və spirtdə ölmür, çoxalmağa davam edir və özünü yeniləyir. Bakteriyanın 3,5 milyon il yaşı var. Alim bildirib ki, bu cür bakteriyalar təbiət vasitəsi ilə onsuz da insan orqanizminə daxil olur. Qədim mikroorqanizmi qəbul etdikdən sonra alim yorulmadığının, özünü daha yaxşı hiss etdiyinin fərqinə varıb.
Bacillus F Yer üzərində tapılan ilk əbədiyaşar bakteriyadır və bu böyük elmi sensasiya hesab olunur. Mikroorqanizmin əbədiyaşarlıq sirri açılsa insan üçün ölümsüzlüyün sirri də kəşf olunacaq. Lakin bu o qədər də asan məsələ olmayıb xərcəng xəstəliyinin yaranmasının qarşısını almaq qədər problemli bir vəziyyətdədir
Alıntı