Sürücülərə xəbərdarlıq - Bakıda bu yollarda tıxac yaranıb - qar çovğun var

Son güncelleme: 08.12.2016 07:40
  • Paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 09:30 olan məlumata əsasən, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

    Bakı Nəqliyyat Agentliyi sürücülərin diqqətinə çatdırır ki, yollar buz bağladığına görə nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.
#08.12.2016 07:40 0 0 0