Nazik blinçik (xəmiri)

Son güncelleme: 13.12.2016 23:44
  • noimage

    Tərkibi və istifadə olunan ərzaqlar

    2 ədəd yumurta
    700 qr qatıq
    2 stəkan su
    1,5 x/q şəkər tozu
    2 ç/q soda
    1,5-2 ç/q sirkə
    4 stəkan un
    1 ç/q duz

    Hazırlanma qaydası

    1 Məhsullar hazırlanır

    noimage

    2 3 litrlik qazana 2 ədəd yumurta əlavə edilib çalınır.

    noimage

    3 Duz və şəkər tozu əlavə edilir.

    noimage

    4 Yaxşı qarışdırılandan sonra üzərinə qatıq əlavə edilir və yenidən qarışdırılır.

    noimage

    5 Alınan məhlula ilk öncə soda, üzərinə isə sirkə əlavə edilib yaxşı qarışdırılır.

    noimage

    6 Un ələkdən keçirilib qazana əlavə edilir. Unu ələkdən keçirməkdə məqsəd blinçiklərin daha köp alınmasıdır.


    noimage

    7 Un tədricən əlavə edilərək məhlul qarışdırılır. Nəticədə alınan məhlul qabarıqsız olmalıdır.

    noimage

    8 Şəkildə görsəndiyi kimi, un tam itənə qədər qarışdırılır.

    noimage

    9 Beləliklə blinçik xəmiri hazırdır. Qızardılmasına lazım olan əşyalar hazırlanır: tava, çömçə, yağ və tavanın dibini hər yeni porsiyada yağlamaq üçün marlya (və ya mətbəx fırçası)

    noimage

    10 Tava yağlanandan sonra, çömçə vasitəsi ilə tavaya maye xəmir əlavə edilir, tavanı hər tərəfə əyməklə xəmir dairəvi yayılır. Hər yeni porsiyada qazandakı maye xəmiri qarışdırmağı unutmayın.

    noimage

    11 Blinçikin qıraqları qızardıqda artıq onu çevirmək olar.

    noimage

    12 Qızılı rəng alana qədər digər tərəfi qızardılır.

    noimage

    13 Hazır blinçikləri isti-isti bal ilə süfrəyə vermək olar. Nuş olsun!

    noimage

    Nuş olsun...

    alıntı..
#13.12.2016 23:44 0 0 0