Klublarımızın Avropa Liqasındakı hakimləri açıqlandı

Son güncelleme: 17.07.2017 18:03
  • noimage

    Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 20-də meydana çıxacaq Azərbaycan klublarının qarşılaşmalarının da ədalət təmsilçiləri müəyyənləşib.

    Öz meydanında “Astra”nı sınağa çəkəcək “Zirə”nin matçı Gürcüstan təmsilçilərinə tapşırılıb. Lüksemburqda “Fola” ilə görüşəcək “İnter”in oyununda isə litvalılar iş başında olacaq. “Qəbələ”nin “Yagelloniya” ilə səfər görüşündə isə ədaləti rumıniyalılar qoruyacaq.

    Avropa Liqası
    II təsnifat mərhələsi, cavab oyunları
    20 iyul

    21:00. “Zirə” (Azərbaycan) – “Astra” (Rumıniya)
    Baş hakim: Giorgi Vadaçkoria
    Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili
    Dördüncü hakim: Qoqa Kikaçeyşvili (hamısı Gürcüstan)
    UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
    Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
    Bakı. “Dalğa Arena” stadionu
    İlk oyun – 1:3

    21:30. “Fola” (Lüksemburq) – “İnter” (Azərbaycan)
    Baş hakim: Donatas Rumsas
    Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Gerasimov (
    Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
    UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
    Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
    Eş. Emil Mayriş stadionu
    İlk oyun – 0:1

    22:30. “Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan)
    Baş hakim: Konstantin Sebastyan Koltesku
    Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika
    Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
    UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
    Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
    Belostok. Şəhər stadionu
    İlk oyun – 1:1

    alıntı..
#17.07.2017 18:03 0 0 0