Sızanaqlara qarşı aspirin maskası necə hazırlanır? Aspirin maskası nə işə yarayar?

Son güncelleme: 23.12.2021 06:13
  • Sızanaqlar və ləkələri tamamilə aradan qaldıran Aspirin maskası

    Son dövlər aspirin maskası ilə dəriyə qulluq geniş vüsət alıb. Bəs niyə bu maskadan istifadə olunur? Nələrə faydalıdır? Bütün bunları məqaləmizdə cavablandırmışıq.

    asan maskalar
    Sızanaq ləkəsinə qarşı effektiv maska

    Ah bu sızanaqlar!! Özləri azmış kimi birdə ləkələri var hələ.
    Lazım olanlar:
    1ç\q soda
    1ç\q diş pastası
    3 aspirin
    10 damcı təmiz su (Yağlı dərililər limon suyu ilə əvəz edə bilər)

    Necə hazırlanır?
    Aspirini suda (limonda) qarışdırıb həll edin.Üzərinə sodanı və diş pastasını əlavə edin.

    Necə istifadə olunur?
    Üzünüzə çəkib 15\20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuyun. Sızanaq ləkələrini, qara nöqtələri aparır. Həftədə 2 dəfə edə bilərsiz.

    Sızanaqlara qarşı aspirin maskası necə hazırlanır? Aspirin maskası nə işə yarayar?


    Aspirin, yalnız xəstələndiyimizdə deyil eyni zamanda dəri baxımında da istifadə edilir və maskası xüsusilə yağlı, sızanaqlı və ləkəli dərilərdə olduqca təsirlidir.

    Aspirin maskası nə işə yarayar?

    Aspirinin tərkibindəki salisil turşusu və antienflamatuvar xüsusiyyəti ilə akne meydana gəlməsini, civzəyə bağlı qızartıları və ağrıları azaldır. İnfeksiyanın yayılmasının qarşısını alır.
    Quruducu xüsusiyyəti ilə dərinizdəki çox yağ salınımının azalmasını təmin edər.
    Qara nöqtə meydana gəlməsini mane olar.
    Məsamələri təmizləyir və dəri ləkələrinin aradan qaldırılmasını təmin edər.
    Akneye bağlı qıcıqlanmış dərini yığışdırar və dərini təmizləyir.
    Aspirin Maskası Üçün Lazımlı Vəsaitlər;

    2-4 ədəd aspirin,
    1 çay qaşığı bal,
    1 şorba qaşığı ilıq su.
    Aspirin maskası üçün əvvəlcə 4 ədəd aspirin bir şorba qaşığı suyun içərisində əriyib və içərisinə bir çay qaşığı bal əlavə edilir. Yaxşıca qarışdırılır. Üz və boyun bölgəsi yuyulur. Göz və ağız ətrafı xaricində bütün üzə maska ​​şəklində tətbiq olunur. Üzdə çox az qaşıntı və qızartını olması normaldır. Bu şəkildə 15-20 dəqiqə gözlənilir. Quruyan aspirin maskası barmaqlar köməyiylə ovalanaraq çıxardılar. Bu əməliyyat ölü hüceyrələrin atılaraq məsamələrin təmizlənməsini təmin edir.

    Peeling təsiri ləkə və qara nöqtələr üzərində təsir edər. Ardından su ilə dəri sürtürlər. Iltihablı Sızanaqlarınız varsa əgər ovalayarak çıxarmaq yerinə ilıq su ilə yuyaraq təmizləyin. Qarışığı saxlamayın və hər tətbiqə yeni bir maska ​​qarışığı hazırlayın.

    Akneye meylli, yağlı və ya qarışıq dərilər həftədə bir gün bu maskanı tətbiq edə bilərlər. Dərinin vəziyyətinə görə həftədə ikiyə də çıxardıla bilər. Həssas və çox quru dərilər bu maskanı uygulamamalıdırlar. Quru dərilər isə ən çox iki həftədə bir, 10 dəqiqə gözlədərək tətbiq edə bilərlər.

    DİQQƏT! Hamilələr, əmizdirmə dövründə olanlar və aspirin allergiyası olanlar qətiliklə bu maskanı vurmamalıdırlar. Tətbiqdən əvvəl mütləq kiçik bir sahədə sınayaraq dərinizin verəcəyi reaksiyanı müşahidə edin. Sınaq sonrası dərinizdə hər hansı bir qızartı, şişlik, ciddi yanma hissi olursa maskanı qətiliklə tətbiq etməyin. Elmi araşdırmalara görə 16 yaş və üzəri kəslər istifadə edə bilər, ancaq 12 yaş az insanların istifadə etməməsi risklidir. Açıq yara, kəsik, yanıq olan sahələrə tətbiq etməyin. Hər hansı bir dəri xəstəliyiniz varsa tətbiq əvvəli mütləq həkiminizə məsləhətləşməlisiniz.



    Aspirindəki aktiv komponent dəridə eksfolian təsiri yaradan bir növ salisilik turşu formasıdır. Bu, dəridəki qara nöqtələrdən qurtulmağa kömək edir. Lakin aşırı istifadə dərinin qurumasına səbəb ola bilər. Aspirin maskası hazırladıqda dəriyə yan təsirlər göstərməməsi üçün maskaya arqan və ya jojoba yağı əlavə edə bilərsiniz.

    aspirin maskası necə hazırlanır?

    Aspirin maskası hazırlamaq üçün su və bal lazımdır. Basl, təbii nəmləndirici, antiseptik və antimikrobial xüsusiyyətlərə qarşı olan məhsuldur. Maskaya bal əlavə etmək bakteriyaları aradan qaldırmaqda mühüm rol oynayır. Buna görə dərinin istənilən yerinə qoyulan bal həmin bölgənin infeksiyalaşmasına mane olur.

    Aspirin maskası necə hazırlanır?

    İnqridiyentlər

    3-4 ədəd aspirin
    1-2 çay qaşığı su
    Normal və quru dərilər üçün 1-2 çay qaşığı bal

    Maskanın hazırlanma qaydası

    İki ədəd kasaya ehtiyacınız var. Əvvəlcə kiçik bir kasaya isti su tökün. Digər kasanı isti suyla dolu kasaya salıb ilıqlandırın. Boş kasaya bir çay qaşığı bal və yarım çay qaşığı su və ya istifadə edəcəyiniz yağı tökün. 3-4 aspirin əzin. Əzilmiş aspirinləri qarışığa əlavə edin.

    Maskanın isti olmamasına diqqət edin ki, üzünüzü yandırmasın. Barmaq ucları ilə maskanı dərinizin müvafiq yerlərinə sürtün. Üzünüzün hər tərəfinə çəkməyə ehtiyac yoxdur. 10 dəqiqə maskanın qurumasını gözləyin və axırda üzünüzü ilıq su ilə yuyun və qurulayın.

    Bu maskanı həftədə bir-iki dəfə istifadə edə bilərsiniz.

    aspirin maskası

    Aspirin maskası tətbiq etmədən əvvəl və sonra nələrə diqqət edilməlidir?

    Aspirinin tərkibində maddələrə və ya salisilik turşuya allergiyanız varsa, hamiləsinizsə, süd verirsinizsə, bu maskadan istifadə etməyin.

    Son 4 gün ərzində üzünüzün salisilik turşu, qlikolik və digər oxşar məhsullar tətbiq etdiyiniz bölgələrinə çəkməyin.

    Ən yaxşısı, dermatoloqa müraciət edib, lazımi məsləhətləri alaraq bu maskadan istifadə etməkdir.
#23.12.2021 06:13 19 0 0