Cabir Novruz - Sağlığında qiymət verin insanlara

Son güncelleme: 06.01.2022 06:44
  • Cabir novruzun sağlığında qiymət verin insanlara şeiri Cabir novruz şeirləri Cabir novruzun unudulmaz şerlərindən biri. Kulisazxalq şairi cabir novruzun sağlığında qiymət verin insanlara şeirini şairin öz dilindən təqdim edir.

    Gəldi, sevdi, sevildi, qəlbini göynədən ağrıları ağ vərəqlərdə “göyərtdi”, insanları və insanlığı sevməkdən yorulmadı. Sadədən-sadə olmağa çalışdı, sözdən halallıq adlı ölməz nəğmələr yaratdı, gecəsini gündüzünə qatıb tək öz taleyini deyil, həm də mənsub olduğu millətin ağrısını-acısını, dərdini, kədərini qələminin gücü, istedadının gözü ilə gələcək nəsillərə çatdırmağı özünə borc bildi.

    Cabir Novruz Şeirləri

    Sağlığında qiymət verin insanlara şeiri


    Bir arzum var, ay adamlar, qoyun deyim,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağlığında yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara.

    Cabir Novruz - Sağlığında qiymət verin insanlara

    Yalnız, yalnız sağ olanda,
    Hər kəs əsil qiymətini bilər onda,
    Bu sözlərim düz olmasa töhmət edin.
    Sizdən rica eləyirəm milyon kərə,
    Şairlərə sağlığında hörmət edin,
    Sağlığında heykəl qoyun ölməzlərə...

    Gələcəyə çox da ümid bağlamayın,
    Sözünüzü sonralara saxlamayın.
    Zəhləm gedir sonralardan,
    Vaxtsız dinən zurnalardan,
    Boşboğazdan, avaradan,
    Toydan sonra nağaradan.

    Sağlığında sevindirin təmizləri,
    Siz həyatda bu amalla addımlayın.
    Sağlığında ifşa edin xəbisləri,
    Satqınlara sağlığında satqın deyin,
    Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
    Sağlığında qiymət verin insanlara...

    Hər kəs bilsin öz yerini necə sağdır,
    Bu, pislərin həyatını qısaltmaqdır,
    Yaxşıların həyatını uzatmaqdır...

    Bu nədəndir ölən kimi,
    qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
    Ölən kimi yaxşılar da yaxşılaşır,
    Yamanlar da yaxşılaşır...
    Çirkinlər də təmiz olur ölən kimi...
    Yadlar belə əziz olur ölən kimi...

    Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
    Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
    Bu gecikmiş xeyir-dua kimə gərək?
    Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
    Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir...

    Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
    İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
    Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
    Diri üçün iynə boyda hörməti mən
    Ölü üçün min heykələ dəyişmərəm...

    Düz deməsəm, onda məni bağışlayın,
    Üz tutaram uşaqlara, qocalara, cavanlara,
    Sağlığında qiymət verin insanlara,

    Yaxşılara sağ olanda yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara...

    Cabir Novruz Sağlığında qiymət verin insanlara Videosu


    Sağlığında qiymət verin insanlara kitabı Qısa məzmun


    Kitaba lirik şair Cabir Novruzun yarım əsrlik yaradıcılığı müddətində qələmə aldığı seçmə şeirləri, daxil edilmişdir. Şeirlərdə şairin həm incə, kövrək lirik duyğuları, həm də ümumbəşəri və milli ağrılardan doğan vətəndaş-şair narahatlığı əks olunmuşdur.
#06.01.2022 06:44 0 0 0