Tarixi xronologiya - 3

Son güncelleme:
  • 1215 - Həsən Cəlalın Alban dövlətinin (Arsax-Xaçın) bərpa etməsi
    1215-1261 - Həsən Cəlalın hakimiyyəti
    1216 - Qandzasar monastırının tikilməyə başlanması
    1220-1222 - Monqolların Azərbaycana ilk yürüşləri. Azərbaycan şəhərlərinin işğalı
    1221 - Qıpçaqların Azərbaycana hücumları
    1221 - Gürcülərin Şəki və Qəbələni tutması
    1225-1231 - Xarəzmşah Cəlaləddin Mənqburnu Azərbaycanda
    1225 - Azərbaycan Atabəylər dövlətinin süqutu
    1227 - Şəki və Qəbələnin gürcülərdən geri alınması
    1231 - Xarəzmşah Cəlaləddinin qətli
    1231 - Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyulması
    1231-ci il - Monqolların ikinci yürüşü
    1225 - Gürcü feodallarının Gəncəyə hücumu
    1225-1244 - Şirvanşah III Fəriburz
    1227 - Şəki və Qəbələnin gürcülərdən geri alınması
    1231 - Xarəzmşah Cəlaləddinin qətli
    1230-1294 - Musiqişünas Səfıəddin Urməvi
    1231 - Gəncədə Bəndərin başçılığı ilə Cəlaləddinə qarşı üsyan
    1235 - Gəncənin monqollar tərəfindən işğalı
    1239 - Dərbəndin monqollar tərəfindən tutulması və Azərbaycanın tam işğalı
    1239-1256 - Azərbaycanda Ali monqol xaqanlığı canişininin hakimiyyəti
    1244-1260 - Şirvanşah II Axsitan
    1252-1334 - Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin
    1254 - Əhalinin monqollar tərəfindən siyahıya alınması
    1256-1357 - Azərbaycanda Hülakülar (Elxanilər) dövləti
    1256-1265 - Hülakü xanın hakimiyyəti
    1259 - Marağa rəsədxanasının açılışı
    1260-1267 - Şirvanşah II Fərruxzad
    1262, 1265, 1288 - Qızıl Orda xanlarının Azərbaycana yürüşləri
    1265-1282 - Abaqa xan Hülaki
    1267-1294 - Şirvanşah II Gərşasb
    1276 - Arranda Abaqa xana qarşı üsyan
    1282-1284 - Əhməd Tekudar Hülaki
    1284-1291 - Arqun xan Hülaki
    1291-1295 - Keyxatu xan Hülaki
    1294-1317 - Şirvanşah III Fərruxzad
    1295 - Baydu xan Hülaki
    1295 - Qazan xanın islam dinini qəbul etməsi
    1295-1304 - Qazan xan
    XIII-XIV əsrlər - Mərdəkan, Nardaran, Ramana, Ərk qalalarının inşası
    XIII-XV əsrlər - Bakıda Şirvanşahlar kompleksinin tikilməsi
    XIV əsrin əvvəlləri - Təbrizdə universitet səviyyəli Ali mədrəsənin açılışı
    XIV əsrin əvvəlləri - Təbrizdə Dar üş-şəfa (xəstəxana) binasının tikilməsi
    XIV əsrin əvvəlləri - Mahmudabad şəhərinin inşası
    1304-1316 - Sultan Məhəmməd Xudabəndə (Ulcaytu)
    1316-1335 - Sultan Əbu Səid
    1318 - Təbrizdə Rəbi-Rəşidi məhəlləsinin qarət edilməsi
    1322 - Bərdə türbəsinin tikilməsi
    1335 - Qızıl Orda xanı Özbəyin Azərbaycana yürüşü
    1335-1336 - Arpa xan Hülaki
    1336 - Musa xan Hülaki
    1336-1338 - Məhəmməd xan Hülaki
    1339-1340 - Satıbəy xatun Hülaki
    XIV əsrin 40-cı illəri - Hülakülər dövlətinin parçalanması
    1340 - Bağdadda Cəlairilər dövlətinin təsisi
    1340-1344 - Süleyman xan Hülaki
    1340-1357 - Çobani feodallarının Azərbaycanda faktiki hökmranlığı
    1344-1355 - Ənuşirəvani-Adil Hülaki
    1344, 1346, 1357 - Təbrizdə Çobani feodallarına qarşı üsyanlar
    1345-1372 - Şirvanşah Kavus
    1345-1357 - Həsən xan Hülaki
    1359-1410 - Azərbaycan Cəlairilər dövlətinin tərkibində
    1359-1374 - Şeyx Üveys Cəlairi
    1364-1367 - Şirvanşah Kavusun Cəlairilərə qarşı mübarizəsi
    1372-1382 - Sultan Hüseyn Cəlairi
    1382-1538 - Dərbəndilər sülaləsi
    1382-1417 - Şirvanşah I İbrahim
    1382-1410 - Sultan Əhməd Cəlairi
    1385, 1387, 1394 - Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri
    1386, 1392, 1399 - Teymurun Azərbaycana yürüşləri
    1387, 1393, 1397, 1400 - Teymurun Əlincəqalaya hücumları
    1387-1401 - Əlincəqalanın qəhrəmancasına müdafiəsi
    1404 - İspaniyalı Klavixo Təbrizdə
    1405-1406 - Azərbaycanda Teymurilərə qarşı üsyan
    1406, may-iyun - Şirvanşah İbrahimin Təbrizə gəlişi
    1406, iyul - Cəlairi Sultan Əhmədin Təbrizə qayıtması
    1406, 14 oktyabr - Naxçıvan yaxınlığında Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbübəkr arasında döyüş
    1408, 21 aprel - Təbriz yaxınlığında Qara Yusifin Teymuri Əbubəkr üzərində qələbəsi
    1410, 30 avqust - Təbriz yaxınlığında Qara Yusiflə Cəlairi Sultan Əhməd arasında döyüş
    1410-1420 - Qara Yusifin hakimiyyəti
    1410-1467 - Qaraqoyunlu dövləti
    1412, dekabr - Kür sahilində Şirvanşah İbrahim və gürcü çarı II Konstantinlə Qara Yusif arasında döyüş
    1417-1465 - Şirvanşah I Xəlilullahın hakimiyyəti
    1421, 30 iyul-1 avqust - İsgəndərlə Şahrux arasında Ələşkert döyüşü
    1422-1429 və 1431-1435 - Qaraqoyunlu İsgəndərin hakimiyyəti
    1427-1447 - Şeyx İbrahim (Şeyxşah) Səfəvi
    1429, 17-18 sentyabr - İsgəndərlə Şahrux arasında Səlmas döyüşü
    1436-1467 - Cahanşahın hakimiyyəti
    1447-1460 - Şeyx Cüneyd Səfəvi
    1453-1457 - Cahanşahın İranı zəbt etməsi
    1453-1478 - Uzun Həsənin hakimiyyəti (1468-ci ildən Azərbaycanda)
    1458 - Cahanşahın Heratı alması
    1460-1488 - Şeyx Heydər Səfəvi
    1465-1500 - Şirvanşah Fərrux Yəsarın hakimiyyəti
    1465 - Təbrizdə "Göy məscid"in tikilməsi. Şirvanşah elçisi Həsən bəyin Moskvaya səfəri
    1466 - Rusiya elçisi Vasili Papinin Şirvana gəlişi
    1467, 10 noyabr - Uzun Həsənlə Cahan şah arasında Muş düzündə döyüş
    1471-1473 - Venesiya elçisi Katerino Zeno Azərbaycanda
    1472-1473 - Ağqoyunlu-Osmanlı müharibəsi
    1473, 1 avqust - Malatiya döyüşü
    1473, 11 avqust - Otluqbeli döyüşü
    1478, 5 yanvar - Uzun Həsənin vəfatı
    1478-1490 - Sultan Yaqubun hakimiyyəti
    1483 - Təbrizdə "Həşt-behişt" sarayının tikilməsi
    1483, 1487, 1488 - Şeyx Heydərin Şirvan və Dağıstana yürüşləri
    1487 17 iyul - İsmayıl Səfəvinin Ərdəbildə anadan olması
    1488-1404 - Şeyx Sultan Əli Səfəvi
    1489-1493 - Körpə İsmayılın anası və qardaşları ilə İstəxr qalasında (Fars əyalətində) həbsdə qalması
    1490-1492 - Ağqoyunlu Baysunqurun hakimiyyəti
    1492-1497 - Ağqoyunlu Rüstəm padşahın hakimiyyəti
    1494-1499 - İsmayılın Gilanda (Lahicanda)qalması
    1497 - Ağqoyunlu Gödək Əhmədin hakimiyyəti
    1499 - Ağqoyunlu dövlətinin Əlvənd və Murad arasında iki hissəyə bölünməsi
    1499-1500 - İsmayılın Ərzincan səfəri
    1500-cü ilin sonları - İsmayılın Çabanı yaxınlığında Fərrux Yəsarı məğlub etməsi
    1501-ci ilin yazı - İsmayılın Bakını alması
    1501-ci ilin ortaları - Şərur düzündə İsmayılın Ağqoyunlu Əlvəndi məğlub etməsi
    1501-ci ilin payızı - İsmayılın Təbrizdə şah elan edilməsi. Azərbaycan Səfəvilər dövlətinin yaranması
    1501-1524 - I Şah İsmayılın hakimiyyəti
    1502-1524 - Şirvanşah II İbrahimin (Şeyxşah) hakimiyyəti
    1503, 21 iyun - Həmədan yaxınlığında Şah İsmayılın Ağqoyunlu Sultan Muradı məğlub etməsi
    1504-1505-ci illərin qışı - Türkiyə sultanı II Bayazidin elçi göndərərək Səfəvilər dövlətini tanıması
    1508, 21 oktyabr - Şah İsmayılın Bağdadı tutması
    1509-1510 - Şah İsmayılın Şirvana ikinci yürüşü
    1510, 2 dekabr - Mərv yaxınlığında Şah İsmayılın Özbək Şeybani xanı məğlub etməsi
    1512-1520 - Sultan Səlimin hakimiyyəti
    1514, 23 avqust - Çaldıran döyüşü
    1515 - Diyarbəkirin Sultan Səlim tərəfindən zəbt edilməsi
    1516-1517 - Səfəvilərin Gürcüstana yürüşləri
    1520-1566 - I Sultan Süleyman Qanuninin hakimiyyəti
    1521 - Gürcü çarlarının Səfəvilərdən asılılığı qəbul etməsi
    1524, 23 may - I Şah İsmayılın vəfatı
    1524-1535 - Şirvanşah II Xəlilullahın hakimiyyəti
    1524-1576 - I Şah Təhmasibin hakimiyyəti
    1534, 1535, 1548, 1554 - I Sultan Süleymanın Azərbaycana yürüşləri
    1538 - Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi
    1540, 1546, 1551, 1554 - Səfəvilərin Gürcüstana yürüşləri
    1544 - Hindistan hökmdarı Humayunun Səfəvilər sarayına gəlməsi və hərbi yardım alması
    1547, 1549, 1554 - Şirvanda Səfəvilərə qarşı üsyan
    1551 - Şəkinin Səfəvilər dövlətinə qatılması
    1552-ci il - Səfəvilərin Osmanlı ərazisinə yürüşü
    1555, 29 may - Amasiya sülhü
    1555 - Paytaxtın Təbrizdən Qəzvinə köçürülməsi
    1560-1634 - Tarixçi İsgəndər bəy Münşi
    1565 - Şah Təhmasibin tamğa vergisini ləğv etməsi
    1571-1573 - Təbrizdə şəhər yoxsullarının üsyanı
    1574-1595 - III Sultan Muradın hakimiyyəti
    1576, 22 avqust-1577, 24 noyabr - II Şah İsmayılın hakimiyyəti
    1578, 13 fevral-1587 - Şah Məhəmməd Xudabəndənin hakimiyyəti
    1578-1590 - Səfəvi-Osmanlı müharibələri
    1578, 9 avqust - Çıldır döyüşü
    1578-1581 - Krım tayfalarının Şirvan və Qarabağa basqınları
    1540, 1546, 1554 - Səfəvilərin Gürcüstana yürüşləri
    1587-1629 - Şah Abbasın hakimiyyəti
    1590 - İstanbul sülhü
    1598 - Paytaxtın Qəzvindən İsfahana köçürülməsi
    1599-1601 - Hüseynəli bəyin başçılığı ilə Oruc bəy Bayatın Səfəvi elçiliyi tərkibində Avropaya səyahəti
    1603, 14 sentyabr - I Şah Abbasın osmanlılara qarşı hərbi əməliyyata başlaması
    1603, 21 oktyabr - I Şah Abbasın Təbriz şəhərini tutması
    1603-1617 - I Sultan Əhmədin hakimiyyəti
    1603-1607 - Səfəvi-Osmanlı müharibəsi
    1604, 8 iyun - İrəvan qalasının osmanlılardan azad edilməsi
    1605, may - Çıqalaoğlu Sinan Paşanın Azərbaycana yürüşü
    1605, 7 noyabr - I Şah Abbasın Sufiyan yaxınlığında Osmanlı ordusu üzərində qələbəsi
    1606 - Azərbaycanda Cəlairi hərəkatının yüksəlməsi
    1606, 9 yanvar - I Şah Abbasın Şamaxı üzərinə yürüşü
    1606, 5 iyul - Gəncənin osmanlılardan azad edilməsi
    1606-1607 - Gəncədə Şah Abbas məscidinin inşası
    1606 - Lori, Tbilisi və Dmanisi qalalarının azad edilməsi
    1607, yanvar - Bakıda osmanlılara qarşı üsyanın başlanması
    1607, fevral-mart - Dərbənddə osmanlılar əleyhinə üsyanlar
    1607, 27 iyun - Şamaxı şəhərinin osmanlılardan azad edilməsi
    1610 - Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
    1610-1612 - Osmanlı-Səfəvi müharibəsi
    1610 - Anadolu Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
    1612, 17 oktyabr - İstambulda Səfəvi-Osmanlı sülhünün imzalanması
    1613, oktyabr - I Şah Abbasın Gürcüstana yürüşü
    1614-1616 - Şirvanda Məlik Pirinin (Dəli Məlik) başçılığı altında üsyan
    1616-1618 - Osmanlı Səfəvi müharibəsi
    1616 - Səfəvi dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi
    1618, 10 sentyabr hakimiyyəti - Sərab yaxınlığında Çınıq-körpü adlanan yerdə I Şah Abbasın Osmanlı ordusunu məğlub etməsi

    alıntı
0 0 0