Günün Aforizmi

Son güncelleme:
  • "Adın şərəflidir sənin ey qadın
    Dahilər anası çağrılır adın".

    S. Vurğun
0 0 0
  • "İslam hökuməti totalitar və despot deyil, əksinə, konstitusion və demokratikdir".

    İmam Xomeyni
0 0 0
  • "İncitsə qəlbini bir nadan əgər
    Arif bundan ötrü çəkməz qəm-kədər.
    Daş zərli kuzəni sındırsa daşın,
    Qiyməti artarmı, əksilərmi zər?"

    Ömər Xəyyam
0 0 0
  • "Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır".

    A. Şaiq
0 0 0
  • "Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur".

    Əbül Fərəc
0 0 0
  • "Əlində yumşalsa dəmir, onu bil,
    Tədbirlə yumşalar, hiddətlə deyil".

    Nizami
0 0 0
  • "Yaxşı kitab çox qiymətli xəzinədir".

    H. Zərdabi
0 0 0
  • "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".

    Karl Marks
0 0 0
  • "Bilik öyrənməyi ar bilən hər kəs
    Dünyada mərifət qazana bilməz".

    Nizami
0 0 0
  • "Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin".

    Bəhmənyar
0 0 0
  • "Yarat bir əsər ki, adın ucalsın
    Sən ölüb gedərkən yerində qalsın".

    Ə. Cami
0 0 0
  • "Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır".

    S. Vurğun
0 0 0
  • "Azərbaycan Cümhuriyyətinin əsas iradəsi bütün vətəndaşlarının bərabər hüquqda yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanılırdı".

    M.Ə.Rəsulzadə
0 0 0
  • "Azadlıq çörəyini əldə etmək heç də çətin deyil, amma həmin çörəyi həzm etmək çətindir"

    Ənis Mənsur
0 0 0
  • "Adəmi adəm eyləyən paradır,
    Parasız adəmin üzü qaradır".

    Sabir
0 0 0
  • "Mən ya vətənimin rifahı üçün yaşamalı, yaxud da onunla birgə məhv olmalıyam".
    Siseron
0 0 0
  • "Ey Süleyman. Səni məğlub etdim".

    İmperator Yustinianın Ayasofiyanın açılışındakı çıxışından
0 0 0
  • "Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər".

    Sədi Şirazi
0 0 0
  • "Amal uğrunda ölmək-əbədi yaşamaqdır".

    Xiyabani
0 0 0