Günün Aforizmi

Son güncelleme:
  • "Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yoxa çıxsaydı və təkcə Çexovun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi".

    Lev Tolstoy
0 0 0
  • "Bu palmanın bütün budaqlarını kəssən də o yaşıl qalacaq".

    Amerikalı politoloqun Səddam rejiminin uzunömürlü olacağına dair iddiası. (Yaşıl palma İraqın simvolu hesab edilir)
0 0 0
  • "...Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq..."

    Venesiyalı tacirin Şah İsmayıl barədə dediklərindən
0 0 0
  • "İştə Səttarxan, baxız, bir növ iqdimat edib,
    Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib,
    İrzi-islamı, vətən namusunu yüz qat edib,
    Hörməti-heysiyyəti-milliyətin isbat edib".

    Mirzə Ələkbər Sabir
0 0 0
  • "İt qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir".

    Atalar sözü
0 0 0
  • "Təyyarədə uçmayan şəxs dünyanın gözəlliklərindən bixəbərdir".

    Əliağa Şıxlinski
0 0 0
  • "Dünya hafizləri dörddür. Onlar Rey şəhərində yaşayan Əbu Zuratu, Nişapurlu Muslim ibn Həccac, Səmərqəndli Abdulla ibn Abdurəhman əd-Darimi və Buxaralı Məhəmməd ibn İsmayıl əl-Buxaridir."

    Hafiz Məhəmməd ibn Bəşşər
0 0 0
  • "Qəzetin muradı xalqın gözünü açmaqdır".

    Həsən bəy Zərdabi
0 0 0
  • Günün aforizmi
    "Ermənilər həmişə digər dinlərin adamlarının nökəri idi. Onlar yalançı və hiyləgər insanlara döndüklərinə görə fikirlərini, səylərini və hislərini çox yaxşı gizlədə bilirlər."
    Aleksandr Düma
0 0 0
  • "Yığcamlıq istedadın bacısıdır".
    A.P.Çexov
0 0 0
  • "Hökmünüzü verin. Bu hökmün heç bir əhəmiyyəti yoxdur. Tarix mənim haqlı olduğumu sübut edəcək".

    Kastronun məhkəmədə son sözü.
0 0 0
  • Gəzməyə qərib ölkə,
    Ölməyə vətən yaxşı".

    Bayatı
0 0 0
  • "Mən neft tapmışam. Bax belə"

    Fərman Salmanovun Nikita Xruşova teleqramı.
0 0 0
  • "Ağıllı adam o şəxsdir ki, qələbədən sonra süstləşmir"

    Mussolini.
0 0 0
  • "Belə yüksək tonla danışmağınız günahkarlıq psixologiyasıdır"

    Ərdoğanın Davosdakı nitqindən.
0 0 0
  • "Eh! Balaca Şahzadə! Sənin həyatının necə kədərli keçməsini yavaş-yavaş başa düşdüm. Uzun vaxtdan bəri sənin yeganə əyləncən günəşin qürubundan aldığın şirinlik olub".

    "Balaca Şahzadə"-nin proloqu
0 0 0
  • "Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,
    Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
    Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi
    Bu dil - əcdadımızın bizə qoyub getdiyi
    Ən qiymətli mirasdır, onu gözlərimiz tək
    Qoruyub, nəsillərə biz də hədiyyə verək".

    Bəxtiyar Vahabzadə
0 0 0
  • "Heç kim əbədi qalib ola bilməz. Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz".
    Heydər Əliyev
0 0 0
  • "Bizim inqilabın əsas missiyası 12-ci imamın zühuru üçün yol açmaqdır".
    Əhmədinejad
0 0 0