Günün Aforizmi

Son güncelleme:
  • "Bir şam digər şamı alışdırmaqla öz işığından heç nə itirməz".

    Cəlaləddin Rumi
0 0 0
  • "Qorxu bir çox qəbahətin mənbəyidir".

    K.Uşinski
0 0 0
  • "Mənə bədtərdi düzəxdən, əzizim, gülsitan sənsiz!
    Odur hər sünbülü susən gözümdə bir tikan sənsiz!"

    Natəvan
0 0 0
  • "Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır".

    Heydər Əliyev
0 0 0
  • "Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir".

    İohan Sebastian Bax
0 0 0
  • "Yalnız şüurlu və azad əmək insanı xoşbəxt edə bilər".

    K.Uşinski
0 0 0
  • "İndi ABŞ qeyri-adi dağıdıcı gücü olan silaha sahibdir".

    Harri Trumenin Potsdam konfransında Stalinə "etirafı"
0 0 0
  • "Ölməzlik - məhəbbət zirvəsindədi,
    Məhəbbət - əbədi ömür deməkdi!"

    Əlibala Hacızadə
0 0 0
  • "Bilirəm ki bura məni öldürməyə gəlmisən. Öldür ey qorxaq, sən sadəcə olaraq adam öldürürsən"
    Çe Qevaranın cəllada son sözü
0 0 0
  • "Bir bahar gedir, o biri gəlir. Hər şey dəyişir və hər şey də olduğu kimi qalır".
    Edit Piaf
0 0 0
  • "Yazıçılıq - istedad, zəhmət, bir də cəsarətdir. Bu cür olmasa, yazıçı olmaz".

    Süleyman Rəhimov
0 0 0
  • "İmzalı, möhürlü ey cansız varaq,
    Nə qədər böyükmüs qüvvətin, gücün.
    Əsrlər boyunca vuruşduq, ancaq
    Sarsıda bilmədik hökmünü bir gün".

    Bəxtiyar Vahabzadə, "Gülüstan" poeması
0 0 0
  • "Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır".

    Qars müqaviləsi, maddə 5
0 0 0
  • "Hərbi biliyi çox zəifdir. Bir çox məsələni siyasi işçi yox, təsərrüfatçı kimi həll edir".

    Brejnev haqqında xasiyyətnamə, 1942-ci il
0 0 0
  • "Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır".

    İlham Əliyev
0 0 0
  • "Mehmandarov nadir artileriyaçıdır".

    Qafqaz ordusunun komandiri İ.Ç.Yakir
0 0 0
  • "İlk sevgi yuvadan düşən quçcuğaz,
    Körpə qanadlara pöhrələnməyib.
    Məcnunun ahıyla uçan məhəbbət
    Min hiylə əliylə yerə enməyib..."

    Nüsrət Kəsəmənli
0 0 0
  • "Azərbaycan Respublikasının bütün vətəndaşları qanun qarşısında bərabərdirlər."

    Dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı, maddə 19.
0 0 0
  • "O özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur."

    Cəfər Cabbarlı Abbas Mirzə haqqında
0 0 0