Günün Aforizmi

Son güncelleme:
  • "Tənqidə açıq olmamaq tənqid olunmamaqdan daha pisdir".

    Karla Bruni
0 0 0
  • "Bizim siyasətimiz əməli işlərdir, praktik addımlardır ".

    İlham Əliyev
0 0 0
  • "İran Azərbaycanla münasibətlərini yalnız Sovetlər ittifaqı çərçivəsində qurmaq niyyətindədir".

    İran xarici işlər naziri Vilayətinin 1991-ci il oktyabrında "Exo Moskva" radiosuna müsahibəsindən.
0 0 0
  • "Əgər qara qutu xarab olmursa niyə bütün təyyarəni qara qutunun materialından hazırlamayaq?"

    Ənis Mənsur, Misir yazıçısı
0 0 0
  • "Nazim Hikmət leqal fəaliyyətə yararlı ola bilər".

    Türk Kommunist Partiyasının həbsdən çıxan Nazim Hikmət haqqında rəyi
0 0 0
  • "Könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz".

    Cəlil Məmmədquluzadə
0 0 0

  • "Fransız poeziyasının vurğunu, utancaq və həssas professor, çılğın inqilab təbliğatçısı".

    Fransız kommunist lider Jan Marqolen Kamboca lideri Pol Pot haqqında
0 0 0
  • "Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın".

    Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərarından
0 0 0
  • "Neçə il əvvələ qayıdaq yenə
    Diləklər dikəldi, "mən varam" - dedi.
    Bu böyük diləyin zərbələrinə
    Sərhəd dirəkləri tab gətirmədi".

    Bəxtiyar Vahabzadə, "Gülüstan" poeması II hissə
0 0 0
  • “Əgər müsəlmanlar öz haqlarını müdafiə etmək istəyirlərsə... onda onlar tezliklə öz səslərini ucaltmalıdırlar”.

    Nərimanovun 1 yanvar 1918-ci il tarixli məqaləsindən
0 0 0
  • Mütərəqqi Azərbaycan cəmiyyəti heç vaxt və hətta çar Rusiyasının başqa xalqlara qarşı yeritdiyi müstəmləkə siyasətinin ən ağır günlərində belə azadlıq, müstəqillik ümidini itirmirdi".

    Topçubaşovun 1919-cu ilin yanvarında Parisdən Nəsib bəy Yusifbəyliyə yazdığı məktubdan
0 0 0
  • “Basqı altında olan ölkədə heç ölülər də məzarda rahat yata bilmirlər”.

    Kastronun Kuba xalqına müraciətindən
0 0 0
  • "Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür!"
    Cavad xanın general Sisyanovun ultimatumuna cavabı
0 0 0
  • "Əvvəlki kimi Heydər Əliyevin mövqeləri güclüdür. Əhali onun adını ehtiramla çəkir..."
    Azərbaycan SSR DTK-sının Moskvaya 1990-cı il 5 yanvar tarixli teleqramından
0 0 0
  • “Üç insanın bir sirri qoruya bilməsi üçün onlardan ikisinin ölməsi gərəkdir”.

    Benjaıin Franklin
0 0 0
  • "Araz sərhəd oldu, əsdi küləklər,
    Sular yatağında qalxdı, köpürdü.
    Üstü dama-dama taxta dirəklər,
    Çayın kənarında səf çəkib durdu".

    Bəxtiyar Vahabzadə, Gülüstan poeması (1959)
0 0 0
  • "İş elə gətirdi ki, mən heç kimin oxumadığı kitab və məqalələr yazdım, heç kəsin qulaq asmadığı nitqlər söylədim".

    Fransua Miteran
0 0 0
  • "Hər hansı real bir formada bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlandı".
    Topçubaşovun Azərbaycan hökumətinə məktubundan (yanvar 1919, Paris)
0 0 0
  • Müstəntiqlər məni fiziki repressiyaya məruz qoydular və ələ saldılar.
0 0 0