Günün Aforizmi

Son güncelleme:
  • "Nəşriyyat hüququ insanın təbii hüquqlarına aid deyil".

    Napoleon
0 0 0
  • "İslah etməyən elm boş cəfəngiyyatdır".

    Əli ibn Əbu Talib
0 0 0
  • İnsan ağılla yaşar, fəndlə mübarizə aparar.

    Fin məsəli
0 0 0
  • "Macarıstandakı "faciə" Andropovun karyerasının yüksəlməsi üçün çox gözəl tramplin oldu".

    Sovet DTK-sının sədri (1988-191) Kryuçkov
0 0 0
  • "İran şahı həzrətləri öz adından və öz vərəsələri adından Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir".

    Türkmənçay müqaviləsi, maddə 3
0 0 0
  • "Çalışmaq lazımdır ki, hər kəs öz ata-babasının görüb bildiyindən daha çox şey bilsin".

    Anton Çexov
0 0 0
  • "Kommunist firqəsi fəhlə və kəndliləri müsavat hökumətinə qarşı feli çıxışlara hazırlamağı lazım bilir".

    Azərbaycan kommunistlərinin I qurultayının qətnaməsindən
0 0 0
  • "Elmdə həqiqət həmişə özünə yol açır".

    Lev Davidoviç Landau
0 0 0
  • "Ölüm ayağında, ey böyük insan
    Sən yenə dedin ki, "Yer yuvarlanır".

    Səməd Vurğun
0 0 0
  • "Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Ona görə də biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır".

    Heydər Əliyev
0 0 0
  • "Təmiz vicdan böhtandan qorxmur".

    Volter
0 0 0
  • "Hər aşiqə öz istədiyi yarı gözəldir,
    Hər bülbülə öz sevdiyi gülzarı gözəldir".

    Əliağa Vahid
0 0 0
  • "İnsan yalana ülfət etdikdə ağıl və istedad onu tərk edir".
    Belinski
0 0 0
  • "Cəsurun baxışı qorxağın qılıncından iti olar".

    Alman məsəli
0 0 0
  • “Dini, fəlsəfi və ümumiyyətlə ideoloji nöqteyi-nəzərlərdən kommunizmə qarşı irəli sürülən ittihamları ətraflı nəzərdən keçirməyinə dəyməz”.

    “Kommunist partiyasının manifesti”ndən
0 0 0
  • “Sözün doğrusunu danışmaq hünərdir”.

    Cəlil Məmmədquluzadə
0 0 0
  • "İnsanların ən pisi axirətini dünyasına satandır".

    Məhəmməd peyğəmbər (s)
0 0 0
  • "Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!"

    Əli bəy Hüseynzadə
0 0 0
  • "Həyatın mənası gözəllikdə və məqsədə çatmaq cəhdindədir".

    Maksim Qorki
0 0 0