Günün Aforizmi

Son güncelleme:
  • "Eşq olsun atmosfer təzyiqinə"

    Todor Jivkovun kuryoz ifadələrindən
0 0 0
  • "Dəmiri istiykən döymək asandır,
    Nə qədər döydülər, biz döyülmədik,
    Dəmiri vaxtında əymək asandır.
    Əymək istədilər, biz əyilmədik".

    Balaş Azəroğlu, Fədailər nəğməsi
0 0 0
  • "Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər".

    Azərbaycan Respublikası Konstitusiyası, maddə 3
0 0 0
  • "İnsanlar da rəqəmlər kimidir, onların həqiqi dəyəri öz yerlərini aldıqda bəlli olur".

    Napoleon
0 0 0
  • "Polkovnik Qəddafi bilməlidir ki, Fransa saman çuvali deyil..."

    "Libération" qəzeti, 10.11.2007
0 0 0
  • "Teymur: ... O çox məğrurdur. Məğrurlar isə həqiqəti görəməzlər".

    "Topal Teymur" pyesindən
0 0 0
  • "Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək".

    Stalin Leninə teleqramından
0 0 0
  • "Bir kərə yüksələn bayraq bir daha enməz".

    Məhəmməd Əmin Rəsulzadə
0 0 0
  • "Səddamın bəşəriyyətə qarşı cinayət törətməsi heç kəsə sirr deyil... O, öz fəaliyyətini heç zaman gizlətməyib. Qərb isə onu hər zaman müdafiə edib. Çünki İrana müxalif bir insan kimi Səddam çox lazımlı idi".

    "Səddam Hüseynin qara kitabı"ndan
0 0 0
  • "Mən tolerantlıq ifadəsini xoşlamıram, lakin bundan daha yaxşısını tapa bilməmişəm".

    İndira Qandi
0 0 0
  • "Bəzi fransız və alman siyasətçilər belə hesab edirlər ki, hər iki ölkə eyni valyutadan istifadə etdiyindən heç vaxt bir-biriləri ilə mübahisəyə baş qoşmayacaqlar".

    Angela Merkelin "Le Monde" qəzetinə müsahibəsindən. 13.01.2007.
0 0 0
  • "Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir. Çünki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir, xalq eyni zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı "istehlakçısıdır", xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir".

    Üzeyir Hacıbəyov
0 0 0
  • "Rusiyanın iradəsini bilmədən bizim nə ADR-i, nə də onun parlamentini tanımağa haqqımız var".

    Rus milli şurasının Azərbaycan Milli Şurasına cavab məktubundan.
0 0 0
  • "Dil formadır, substansiya deyil".

    Ferdinand de Sossür "Ümumi dilçilik kursu"
0 0 0
  • "Aslanın erkəyi-dişisi olmaz".
    Atalar sözü
0 0 0
  • "Bütün Azərbaycan vətəndaşları bila fərqi-millət və məzhəb (məzhəb və millət fərqi olmadan - red.), bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyat və bərabər birlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər".

    "Bütün Azərbaycan əhlinə" müraciətdən
0 0 0
  • "Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur".

    Azərbaycan KP MK-nın Ermənistana müraciətindən
0 0 0
  • "Biz burada ingilis baş nazirinin ad gününü qeyd edərkən, sovet ordusu faşistlərin mühasirə həlqəsini daraldır. İçək sovet silahının sağlığına!"

    Ruzveltin Çörçillin ad günündə dediyi sağlıq. Tehran, 30 noyabr 1943.
0 0 0
  • "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik".

    H.Əliyevin ATƏT-in Lissabon zirvə görüşündəki çıxışından
0 0 0